Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-204/2023 09.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən göstərilən əmlakların dəyəri, mebel dəsti-3000 manat, 1 ədəd taxt adyalı-250 manat, yemək dəsti-3 dəst-600 manat, bışaq dəsti-70 manat, çay dəsti-80 manat, bulud dəsti və sok stəkanları-80 manat, xrustal qənd qabları, meyvə qabları, güldan-200 manat, podnos dəsti-80 manat, qazan dəsti-50 manat, bir ədəd toster-80 manat, 1 ədəd süzək-8 manat, jurnal stolu-200 manat, 6 ədəd süfrə-300 manat, 1 ədəd ləbləbi qabı-60 manat, kasa dəstləri-70 manat, qaşıq dəsti-50 manat, sadə stəkan dəsti-20 manat, 1 ədəd notebook-900 manat, 1 ədəd saç feni-50 manat, dəsmallar(əl-üz, hamam, çay)-200 manat, yataq dəstləri-100 manat, makiyaj ləvazimatları-80 manat, 1 ədəd gecə lampası-50 manat, iki ədəd şirniyyat qabı-60 manat, 1 ədəd paltar səbəti-70 manat, 1 ədəd soyuducu-1200 manat, 1 ədəd televizor-800 manat, 1 ədəd ət çəkən maşın-240 manat, 1 ədəd tozsoran-150 manat, 1 ədəd mikser-160 manat, 1 ədəd blender-180 manat, 1 ədəd ütü-60 manat, 1 ədəd ütü şkafı-100 manat, qranit qazan dəsti-200 manat, 1 ədəd tok samovarı-170 manat, 1 ədəd mikrovalnovka-400 manat, yorğan döşək-600 manat, çüyün qazan dəsti-80 manat, 1 ədəd çuqun vedrə-10 manat, çüqun dəsti-20 manat, 4 ədəd xalça-450 manat, 2 ədəd lüstür-360 manat, çaynik, qəfədan, pol vedrəsi-40 manat, 2 ədəd saat-70 manat. 2 ədəd pərdə-800 manat, 1 ədəd stol və 6 ədəd stullar dəsti-1100 manat, bir ədəd divan-1400 manat, 1 ədəd kamot-1000 manat, 1 ədəd kamot qabları-400 manat, cəmi dəyəri 16698 manat olan cehiz əmlaklarının və ya onların dəyərinin, həmçinin tərəfindən ödənilmiş 90.9 manat dövlət rüsumu və 50 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş və cavabdehə məxsus olan fərdi yaşayış evinə gəlin köçərək el adəti ilə cehiz aparmışdır. Cavabdehlə birlikdə ailə olaraq 2022-ci ilin mart ayına kimi yəni, aralarında münaqişə yaranana kimi həmin ünvanda, həmin evdə yaşamışlar. Sonradan münasibətləri pisləşib və nikahlarının rəsmi qaydada pozulması barədə məhkəməyə müraciət olunub. İndi cavabdeh tərəf onun apardığı cehizlərini-əşyalarını vermir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iş materiallarında olan sənədlərə istinad edilməklə iddianın təmin edilməsini xahiş etmişdir. Onu da bildirmişdir ki, iddia ərizəsində qeyd olunan kompyuter onun özündədir. Qalan əşyalar isə cavabdehin evindədir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdeh oğludur. Əvvəlcə iddiaçının anası ilə atasının evinə gəlməsinə etiraz etsə də, sonradan etirazı olmamışdır. Lakin iddiaçı özü əmlaklarını gəlib aparmamışdır. İddiaçı özü oğluna hədiyyə etdiyi nişan üzüyünü, oğlunun aldığı mobil telefonu verməyib, onları öz zəhməti ilə almayıb və həmin əmlakları qaytarmalıdır. İddiaçının tələb etdiyi kompüterdən başqa qalan bütün əmlaklar onların evindədir. O, istədiyi vaxt gəlib onları apara bilər, kompüter iddiaçının özündədir. Bundan başqa iddiaçı tələb etdiyi əmlakların qiymətlərini şişirdib qeyd etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ İİ-480491 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2021-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş materiallarından göründüyü kimi, İddiaçı kompüter (notebook) özündə olduğunu etiraf etmişdir. Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsəsan ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd olunan hüquq normalarına istinadən hesab edir ki, iddiaçının iddia ərizəsində cehiz əmlakları olaraq göstərdiyi əmlaklar iddiaçının mülkiyyəti hesab olunur və bu əmlakların mövcudluğu və cavabdehdə qalması cavabdeh tərəfindən də məhkəmə iclasında etiraf edilmişdir. İddiaçının məhkəmədə qeyd etdiyi cehiz əmlakı onun tam mülkiyyəti hesab edildiyindən və əmlakların qaytarılmaması sonuncunun qeyd olunan əmlaklar üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməli və eyni zamanda cavabdehin cehiz əmlaklarının qaytarılmasına etirazı olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 mebel dəsti, 1 ədəd taxt adyalı, yemək dəsti-3 dəst, bıçaq dəsti, çay dəsti, bulud dəsti və sok stəkanları, xrustal qənd qabları, meyvə qabları, güldan, podnos dəsti, qazan dəsti, bir ədəd toster, 1 ədəd süzək, jurnal stolu, 6 ədəd süfrə, 1 ədəd ləbləbi qabı, kasa dəstləri, qaşıq dəsti, sadə stəkan dəsti, 1 ədəd saç feni, dəsmallar(əlüz,hamam,çay), yataq dəstləri, makiyaj ləvazimatları, 1 ədəd gecə lampası, iki ədəd şirniyyat qabı, 1 ədəd paltar səbəti, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd ət çəkən maşın, 1 ədəd tozsoran, 1 ədəd mikser, 1 ədəd blender, 1 ədəd ütü, 1 ədəd ütü şkafı, qranit qazan dəsti, 1 ədəd tok samovarı, 1 ədəd mikrovalnovka, yorğan döşək, çüyün qazan dəsti, 1 ədəd çuqun vedrə, çüqun dəsti, 4 ədəd xalça, 2 ədəd lüstür, çaynik, qəfədan, pol vedrəsi, 2 ədəd saat, 2 ədəd pərdə, 1 ədəd stol və 6 ədəd stullar dəsti, bir ədəd divan, 1 ədəd kamot, 1 ədəd kamot qabları və ya onların cəmi dəyəri 15798 manat pul alınaraq, İddiaçı verilsin. Ödənilmiş 90 manat dövlət rüsumu 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-204/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-204/2023
09.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver