Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-204/2024 15.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və tikilinin sökülərək torpaq sahəsinin tamlığının bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Köhnə Xaşmaz kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,02 ha həyətyanı torpaq sahəsindəki evinin arxasında cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin tamlığının–ara məsafəsinin qanunda nəzərdə tutulduğu qaydada bərpa edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizənin qaytarılması barədə vəsatəti təmin olunmalı və iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və tikilinin sökülərək torpaq sahəsinin tamlığının bərpa edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-204/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-204/2024
15.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver