Məhkəmə qərarları › İş №2(067)-2081/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2081/2023

16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2081/2023 16.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1931-ci il tarixdə Xaçmaz rayonu Hacılar kəndində anadan olmuş X2 26 avqust 1961-ci il tarixdə Xaçmaz rayonu, Hacılar kəndində vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X12 onun doğma atasıdır. O, 1931-ci ildə Xaçmaz rayonu Hacılar kəndində anadan olmuş və xx.xx.1961-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X8 26 avqust 1961-ci il tarixdə Xaçmaz rayonu Hacılar kənd qəbirstanlığmda dəfn edilmişdir. Bu faktı bütün qonşular, qohumlar bilirlər və təsdiq edə bilərlər. Mərhum atası X3 rayonu, Hacılar kəndində yerləşən evində vəfat etdiyi üçün onun ölümü barəsində müvafiq orqanlara müraciət edilməmiş və bu səbəbdən də, ölüm haqqında şəhadətnamə alınmamışdır. X2 ölüm faktını qeyd etdirib, ölümü haqqında şəhadətnamə almaq üçün Xaçmaz rayonu Qeydiyyat Şöbəsinə müraciət edən zaman oradan ona bildirdilər ki, bu barədə Xaçmaz Rayon Xəstəxanasından arayış alınmalıdır. O da, bununla əlaqədar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Oradan xx.xx.2022-ci il tarixdə verilmiş PHŞ-6-43/2-1830/2023 saylı arayışla cavab verilərək bildirilmişdir ki, 1931-ci il təvəllüdlü X7 xx.xx.1961-ci il tarixdə vəfatı barədə “Ölüm haqqında tibbi şəhadətnamə”-nin verilməsi haqqında Xaçmaz RMX-də heç bir məlumat yoxdur. Maraqlı şəxsnə müracit etdik də, isə oradan xx.xx.2022-ci il tarixli 05/Q-281/69 saylı məktubla X12 barəsində Ümumrespublika elektron məlumatman yoxlanılmış xx.xx.1931-xx.xx.2023-cü illər üzrə ölüm aktı qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməyini məsləhət bilmişlər. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, Yusif müəllimi tanıyır, onlar bir kənddəndirlər. Uşaqlıqları birgə keçmişdir. Atası Adil kişini də tanıyırdı. Hələ o, uşaq olanda vəfat etmişdir. Valideynləri yas mərasimində iştirak ediblər. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, o, Hacılar kəndində yaşayır. Yusif müəllimlə isə ailəvi dost olmuşlar. Təxminən 1961-ci ildə, səhv etmirsə, atası dünyasını dəyişib. Yəni Yusifin atasının dünyasını dəyişməyi yadındadır. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, Yusifi tanıyır. Uşaqlıqdan yaxın olmuşlar. Həm də uzaqdan qohum sayılırlar. Onun 6-7 yaşı olarkən atası vəfat etdi. Valideynləri də yas mərasimində iştirak ediblər. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1957-ci ildə anadan olmuş, atası X12, anası X6r. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X16 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon sakini olmuş 1931-ci il təvəllüdlü X7 xx.xx.1961-ci ildə vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Maraqlı şəxs arayışından görünür ki, X12 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan aktdan müəyyən olunur ki, X12 xx.xx.1961-ci ildə vəfat etmişdir. İş materiallarından görünür ki, Ərizəçi X7 qohumudur. İş materiallarında olan fotoşəkildən görünür ki, X12 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası 1xx.xx.1931-ci il təvəllüdlü X12 xx.xx.1961-ci ildə Xaçmaz rayonu, Hacılar kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun övladı olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 1931-ci il tarixdə Xaçmaz rayonu Hacılar kəndində anadan olmuş X7 xx.xx.1961-ci il tarixdə Xaçmaz rayonu Hacılar kəndində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar