Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2084/2025 21.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə (Maraqlı şəxs) məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, nənəsi xx.xx.1923-cü ildə Xaçmaz şəhərində doğulmuş X4 18 aprel 1989-cu il tarixdə yaşadığı Xaçmaz rayonunun Köhnə- Xaçmaz kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nənəsi xx.xx.1923-cü il təvəllüdlü X10 18 aprel 1989cu il tarixdə yaşadığı Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində vəfat etmiş və 19 aprel 1989-cu il tarixdə Köhnə-Xaçmaz kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt nənəsinin ölməsi barədə ölüm haqqında şəhadətnamə alınmamış və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verilməmişdir. X3 18 aprel 1989-cu il tarixdə yaşadığı Xaçmaz rayonunun Köhnə-Xaçmaz vəfat etməsi və Köhnə-Xaçmaz kənd qəbiristanlığında dəfn edilməsi qonşuların iştirakı ilə tərtib olunmuş və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Müşkür İƏD üzrə nümayəndəliyində təsdiqlənmiş xx.xx.2025-ci il tarixli rəsmi aktla öz təsdiqini tapır. Bundan da əlavə X2 həqiqətən xx.xx.1989-cu ildə vəfat etməsi və xx.xx.1989-cu il tarixdə Köhnə-Xaçmaz kənd qəbiristanlığında dəfn olunması Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Müşkür İƏD üzrə nümayəndəliyinin xx.xx.2025ci il tarixli, 357 saylı rəsmi arayışı ilə da təsdiq olunur. X2 baş daşında olan yazılardan da görünür ki, 1923-cü il tarixdə doğulmuş və 1989-cu ildə vəfat etmişdir. Baş daşının fotoşəkillərini əlavə edir. Nənəsinin adına ölüm haqqında şəhadətnaməsinin alınmaması Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 286 saylı məktubu ilə təsdiqlənir. Həmin məktubda göstərilir ki, xx.xx.1942-xx.xx.2025-ci illər üzrə Xaçmaz rayon Qeydiyyat X1 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatlar üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Xaçmaz rayon Mərkəzi Xəstəxanası X23 xx.xx.2025ci il tarixli, 18-1-43/2-690/2025 saylı arayışından görünür ki, xx.xx.1923-cü il təvəllüdlü X6 xx.xx.1989-cu il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə heç bir məlumat yoxdur. Qyd edir ki, atası X17 1978-ci ildə vəfat etmişdir. Mərhum nənəsi X9 barəsində ölüm faktının müəyyən ediməsi adına olan yaşayış evi və həyətyanı torpaq sahəsinə vərəsəlik məsələlərinin həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, xahiş edir ki, ərizəsi təmin edilsin. Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Qəribova Seyidxanım onun qayınanası olub, 1989-cu ildə vəfat etmişdir. Onun həmin vaxt sənədi olmayıb. Köhnə-Xaçmaz kənd qəbirsanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır. Seyidxanım Qəribova qapı qonşusu olub. 1989-cu ildə vəfat edib. Köhnə-Xaçmaz kənd qəbirstanlığında dəfn olunub. Məhkəmə, ərizəçinin, maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə anadan olmuş, ata qrafasında X14, ana qrafasında isə X11 qeyd olunmuşdur. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2014-cü ildə vəfat etmişdir. - Arayışdan müəyyən olunur ki, X14 xx.xx.1960-cı ildə anadan olmuşdur. Atası Ərizəçi Əhmədoviç, anası X7r. - Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.1960-cı il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. - SSSR-nin vətəndaş pasportu surətindən müəyyən olunur ki, X9 xx.xx.1923-cü ildə Xaçmaz şəhərində anadan olub. - Maraqlı şəxs ərizəçiyə ünvanladığı məktubundan görünür ki, X9 barəsində xx.xx.1942xx.xx.2025-ci illər üzrə Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatlar üzrə yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. - «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X23 xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1923-cü il təvəllüdlü X9 qızının xx.xx.1984-cü ildə vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. - Aktdan müəyyən olunur ki, X9 xx.xx.1989-cu il tarixində Xaçmaz rayon Köhnə-Xaçmaz kəndində vəfat etmişdir və Xaçmaz rayon Köhnə-Xaçmaz kənd qəbristanlığında dəfn edilmişdir. - Fotoşəkildən müəyyən olunur ki, X9 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin nənəsi xx.xx.1923-cü il təvəllüdlü X9 xx.xx.1989-cu il tarixdə Xaçmaz rayon Köhnə-Xaçmaz kəndində vəfat etmişdir və Xaçmaz rayon Köhnə-Xaçmaz kənd qəbristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun nəvəsi olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1923-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş X6 18 aprel 1989-cu il tarixdə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakiim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-2084/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2084/2025
21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver