Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2092/2022 17.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1929-cu ildə Qusar rayonunda doğulmuş mərhum X2 xx.xx.1970-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 xx.xx.1970-ci ildə vəfat etmiş və Xaçmaz rayonu, Aşağı Ləgər kənd qəbrstanlığında dəfn edilmişdir. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda vərəsəlik məsələsi ilə bağlı anasının ölüm haqqında şəhadətnaməsi olmadığına görə çətinlik yaranmışdır. X2 adına ölüm haqqında şəhadətnamənin alınmaması Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-402/17 saylı məktubu ilə təsdiq olunur. X3 xx.xx.1970-ci ildə vəfat edərək, Xaçmaz rayonu, Aşağı Ləgər kənd qəbrstanlığında dəfn edilməsi qonşuların iştirakı ilə tərtib edilmiş, Xaçmaz rayon Xudatkənd İƏD nümayəndəliyində təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktla təsdiq olunmuşdur. Qeyd edir ki, ümumbirgə mülkiyyətdə olan yaşayış evində mərhumunda payı olduğuna görə ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, X3 xx.xx.1970-ci ildə vəfat edib və Xaçmaz rayonu, Aşağı Ləgər kənd qəbristanlığında dəfn olunub. Həmin vaxt onun ölümü haqqında şəhadətnamə almamışdır. Anasının adına ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Xaçmaz Qeydiyyat şöbəsinə müraciət edəndə, həkim arayışı olmadığına görə onun ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edildi. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Anası xx.xx.1970-ci ildə Xaçmaz rayonu, Aşağı Ləgər kəndində vəfat edib və kənd qəbristanlığında dəfn edilib. Aktı kənd sakinləri imzalayıblar. Onları şahid qismində məhkəməyə təqdim etmişdir. Səhlənkarlığı səbəbindən anası vəfat edəndə həkim arayışı almamışdır. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi həmkəndlisidir, onunla qohumluğu yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin X3 xx.xx.1970-ci ildə vəfat edib və Xaçmaz rayonu, Aşağı Ləgər kənd qəbristanlığında dəfn olunub. O, özü də dəfndə iştirak etmişdir. X6 qocalığı ilə əlaqədar vəfat edib. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur, onunla qohumluğu yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin X3 xx.xx.1970-ci ildə vəfat edib və Xaçmaz rayonu, Aşağı Ləgər kənd qəbristanlığında dəfn olunub. O, özü də dəfndə iştirak etmişdir. X6 qocalığı ilə əlaqədar vəfat edib. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Xudat şəhərində anadan olmuşdur. Onun atası Qayıbxanov Abdulkərim, anası X5r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, mərhum X6 1970ci ildə vəfat etmişdir və o, Xaçmaz rayonu, Aşağı Ləgər kəndində dəfn olunmuşdur. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi mərhum X2 xx.xx.1970-ci il tarixdə vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapsa da, X4 1929-cu ildə Qusar rayonunda anadan olması faktı təsdiqini tapmır. Buna görə də, məhkəmə ərizənin qismən təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi qismən əsaslı olduğundan təmin edilməli və ərizəçinin mərhum X2 xx.xx.1970-ci il tarixdə Xaçmaz rayonunun Aşağı Ləgər kəndində vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X1 xx.xx.1970-ci il tarixdə Xaçmaz rayonunun Aşağı Ləgər kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səmədzadə Sərxan
Məhkəmə qərarları › İş №2(067)-2092/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2092/2022
17.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver