Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2102/2022 22.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı cavabdeh Xıdırova (Məsimova) Gülxanım Həsən qızına qarşı birgə əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə olunmuş əmlakın Xaçmaz rayon Krasnı Xutor (Xaçmaz rayon Uzunoba İƏV) Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 0,34 ha və Xaçmaz rayon Krasnı Xutor (Xaçmaz rayon Uzunoba İƏV) Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli 05 saylı qərarı ilə verilmiş 2,27 ha torpaq sahələrinin cavabdehlə arasında bölünməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iddia üzrə eyni tərəflər arasında eyni predmet və əsaslarla məhkəmənin qərarı olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-77/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı eyni tələblə məhkəməyə müraciət etmiş və iddia ərizəsi təmin olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, predmet və əsaslar üzrə məhkəmə qətnaməsi olduğundan hazırkı işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən müəyyən olunur ki, İddiaçı cavabdeh X1 qarşı birgə əmlakın bölünməsi tələbinə dair eyni tərəflər arasında eyni predmet və əsaslarla məhkəmənin qərarı olduğundan hazırki iddianın icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı cavabdeh X1 qarşı birgə əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 100 manat (Qəbz №-si 898248258, ödəniş tarixi xx.xx.2022) məbləğində dövlət rüsumu vətəndaş İddiaçı geri qaytarılmalıdır. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2102/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2102/2022
22.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver