Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2119/2024 09.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq olunmasına dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq olunmasına dair ərizə ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs arasında bağlanmış 02 aprel 2024-cü il tarixli, MŞQ/MT-027/2023-00370 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 05 oktyabr 2017-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahından 25 iyun 2019-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Qeyd edir ki, o, valideynlik hüququnun həyata keçirilməsi tələbi ilə mediasiya şurasına müraciət etmişdir. Maraqlı tərəf mediasiya sessiyasında iştirak etmiş və aralarında 02 aprel 2024-cii il tarixdə MŞQ/MT-027/2023- 00370 nömrəli Barışıq Sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Sözügedən sazişinin 5-ci bəndinə əsasən Maraqlı tərəf mediasiya prosesində birgə nikahdan olan 25 iyun 2019-ci il təvəllüdlü X4 iləhər həftənin şənbə günü saat 13:00 dan saat 15:00-dək, bazar günü saat 14:00 dan saat 16:00-dək Maraqlı şəxs yaşadığı ünvan 1 ünvanında görüşməyi öhdəliyini götürmüşdür. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi bu günə qədər yerinə yetirmir, uşaqla görüşməyinə maneçilik törədir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, bildirmişdir ki, Maraqlı şəxs ilə 05 oktyabr 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 25 iyun 2019-cu il təvəllüdlü X4 doğulmuşdur. O, uşaqla ünsiyyətdə olmaq tələbi ilə Mediasya şurasına müraciət etmiş və Mediasiya prosesində razılıq əldə edərək barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən maraqlı tərəf mediasiya prosesində X4 ilə hər həftənin şənbə günü saat 13:00-dan 15:00-dək bazar günü 14:00-dan saat 16:00-dək maraqlı tərəfin yaşadığı ünvan 2 ünvanında görüşməyini öhdəliyinə götürmüşdür. Lakin maraqlı tərəf bu günə qədər öz üzərinə düşən öhdəliyi yerinə yetirmir, uşaqla görüşməyinə maneçilk törədir. Ona görə də maraqlı tərəf Maraqlı şəxs ilə aralarında bağlanmış 02 aprel 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X2 izahat verərək, maraqlı tərəf qızıdır. Qızı hazırda Bakı şəhərində işləyir. Ona görə uşağı da özü ilə Bakıya aparmışdır. Qızı işlədiyi üçün hər həftə Xaçmaz şəhərinə gələ bilmir. Ərizəçi uşağı Bakı şəhərinə gedib görə bilər. Onların ərizəçinin uşağı ilə görüşməsinə etirazları yoxdur. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 02 aprel 2024-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, birgə nikah dövründə dünyaya gələn 25 iyun 2019-cu il təvəllüdlü X4 ilə ikinci tərəf Ərizəçi hər həftənin şənbə günü saat 13:00-dan saat 15:00dək, bazar günü saar 14:00-dan saat 16:00-dək birinci tərəf Maraqlı şəxs yaşadığı ünvan 2 ünvanda görüş təyin etmişlər. Tərəflər öz aralarında könüllü razılığa gəlmişlər. Ərizəçi tələbin könüllü icrası barədə pretenziyasından müəyyən olunur ki, Maraqlı şəxs tələbin könüllü icra edilməsi təklif olunmuş, əks halda qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış birgə nikah dövründə dünyaya gələn 25 iyun 2019-cu il təvəllüdlü X4 ilə ikinci tərəf Ərizəçi hər həftənin şənbə günü saat 13:00-dan saat 15:00-dək, bazar günü saar 14:00-dan saat 16:00-dək birinci tərəf Maraqlı şəxs yaşadığı ünvan 2 ünvanda görüş təyin edilməsinə dair 02 aprel 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-2119/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2119/2024
09.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver