Məhkəmə qərarları › İş №2(067)-2120/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2120/2021

31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2120/2021 31.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayin məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 1933-cü ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuş atası X1 20 dekabr 2013-cü il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etməsi faktının müəyyən olunması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun atasıdır. O, 1933-cü ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. Atası 20 dekabr 2013-cü il tarixdə yaşadığları Xaçmaz rayonunun Nərəcan kəndində vəfat edib və Nərəcan kənd qəbristanlığında dəfn edilib. Lakin qanunun tələblərini bilmədiyinə görə vaxtında atasının ölümü haqqında həkim arayışı almamış, sonradan atası üçün ölüm haqqında şəhadətnaməsi almaqdan ötrü Maraqlı şəxsnə müraciət edəndə ona bildirdilər ki, atasının ölüm haqqında həkim arayışı olmadığına görə, onun ölümü haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Bu barədə Qeydiyyat şöbəsinin məktubu da var. Hazırda o, atasının ölümü haqqında həkim arayışını və ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir, eyni zamanda atasının ölməsi faktının müəyyən edilməsi ondan miras qalmış əmlaklara vərəsəliyin açılması ilə əlaqədar zəruridir. Ona görə ərizə ilə məhkəməyə müraciət etmişdir. Atasının 20 dekabr 2013-cü il tarixdə yaşadığı Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etməsi və Nərəcan kənd qəbristanlığında dəfn edilməsi qonşuların iştirakı ilə tərtib olunmuş aktla da təsdiq olunur. Bundan başqa atasının baş daşının fotoşəkillərini də ərizəsinə əlavə edir. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, ərizəçini tanıyır. Ərizəçinin atası X3 onun əmisidir. Əmisi 20 dekabr 2013-cü il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində xəstəlikdən və qocalıqdan vəfat etmişdir. O, yas mərasimlərində yaxından iştirak etmişdir. Əmisini Xaçmaz rayon Nərəcan kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin və şahidin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Xaçmaz rayon Nərəcan kəndində şahidlərin iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, ərizəçinin atası X3 20.12.2013-cü ildə vəfat etmiş və Xaçmaz rayonunun Nərəcan kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi oğluna ünvanladığı 27 may 2021-ci il tarixli 67 saylı məktubundan görünür ki, X1 01.01.1945-27.05.2021-ci illər üzrə Maraqlı şəxs və Yergüc İƏV-i üzrə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X1 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X6 08 iyul 2021-ci il tarixli 911 nömrəli məktubundan müəyyən olunur ki, Birliyin Xaçmaz rayon şöbəsində mərhum X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, 1933-cü ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuş X1 20 dekabr 2013-cü ildə vəfat etməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə hesab edir ki, 1933-cü ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan X1 20 dekabr 2013-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 1933-cü ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan X1 20 dekabr 2013-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar