Məhkəmə qərarları › İş №2(067)-2181/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2181/2025

31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2181/2025 31.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi «Şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1916-cı ildə keçmiş Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində anadan olmuş babası X6 1988-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X12 onun atasının atası, yəni babasıdır. Babası 1916-cı ildə keçmiş Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində anadan olmuşdur. Babası ilə nənəsi İmarət Hüseynova rəsmi nikahda olmuş, onların birgə nikahından xx.xx.1952-ci ildə atası X13 anadan olmuşdur. X18 anası Şahnaz Hüseynova rəsmi nikahda olmuş və onların rəsmi nikahından xx.xx.1980-cı ildə o, doğulmuşdur. Babası 1988-ci ildə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində vəfat etmiş və Canaxır kənd qəbiristanlığında dəfn edilmişdir. xx.xx.2019-cu ildə atası Musa Hüseynov vəfat etmişdir. Atasının ölüm haqqında şəhadətnaməsini almışlar. Lakin babasının ölümü haqqında şəhadətnamə alınmamışdır. O, babası üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etdikdə ona bildirmişlər ki, babasının ölüm haqqında şəhadətnaməsi aşkar edilməmiş və həkim şəhadətnaməsi olmadığına görə, onun ölümü haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Bu barədə Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 258 saylı məktubunu əlavə etmişdir. Xaçmaz MRX-na həkim arayışı almaq üçün müraciət etdikdə isə ona bildirmişlər ki, həkim arayışının verilməsi mümkün deyil. Bu barədə məktubu da ərizəsinə əlavə etmişdir. Hazırda atası öləndən sonra vərəsə kimi babasının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Babasının ölməsi faktının müəyyən edilməsi ondan miras qalmış Xaçmaz rayonunun Mehrəli-qışlaq kəndində yerləşən ev və həyətyanı torpaq sahəsinə dair vərəsəlik məsələlərinin həli edilməsi üçün zəruridir. Ona görə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. 1916-cı il təvəllüdlü babası X6 1988-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində vəfat etməsi və kənd qəbiristanlığında dəfn edilməsi qonşuların iştirakı ilə tərtib olunmuş və Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD üzrə nümayəndəliyində təsdiq olunmuş xx.xx.2025-ci il tarixli aktla da təsdiq olunur. Bundan başqa babasının baş daşının fotoşəkilini də ərizəsinə əlavə etmişdir. Odur ki, 1916-cı ildə keçmiş Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində anadan olmuş babası X6 1988-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X12 onun atasının atası, yəni babası olmuşdur. X19 1988-ci ildə vəfat etmiş və Canaxır kənd qəbiristanlığında dəfn edilmişdir. Hüquqi savadsızlıqdan vaxtında babasının ölümü barədə həkim arayışı alınmamış və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda vərəsəlk məsələlərinin həlli ilə bağlı zərurət yarandığından babasının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bununla bağlı o, ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında babasının ölümü barədə həkim arayışı almadıqlarından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, 1916-cı ildə keçmiş Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində anadan olmuş babası X6 1988-ci il tarixdə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs nümayəndəsi X10 göstərdi ki, Ərizəçi Maraqlı şəxsnə müraciət edərək 1916-cı ildə keçmiş Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində anadan olmuş babası X12 üçün ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin ərizəçi babasına ölüm haqqında şəhadətnamə verilməsi üçün şəxsin ölümü barədə tibb müəssisəsinin arayışını təqdim edə bilmədiyindən və müəyyən edilmiş illər üzrə aparılmış yoxlama zamanı X6 ölüm akt qeydi məlumat bazasında aşkar edilmədiyindən ərizəçinin müraciətinin həlli mümkün olmamış və ərizəçiyə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin qohumu X17 göstərdi ki, Ərizəçi onun qardaşı oğludur. X12 ərizəçinin babası, onun atası olmuşdur. Həqiqətən ərizəsinin babası X12 1988-ci ildə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində vəfat etmiş və Canaxır kənd qəbiristanlığında qohum-əqrəbanın və qonşuların iştirakı ilə dəfn olunmuşdur. Mərhumun dəfn və yas mərasimlərində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin həmkəndlisi X1 şahid X9 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və həqiqətən də Ərizəçi babası X6 1988-ci ildə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində vəfat etməsini və Canaxır kənd qəbirstanlığında qohum-əqrəbanın və qonşuların iştirakı ilə dəfn olunmasını, mərhumun yas mərasimində şəxsin iştirak etdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən Ərizəçi Xaçmaz rayonunun Mehrəli-qışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan 10 iyul 19802-ci il tarixli, Vİİ-JQ seriyalı, 310456 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci ildə anadan olmuş, onun valideynləri X13 və X3 olmuşlar. İş materiallarında olan 09 aprel 1963-cü il tarixli, AZ seriyalı, 421704 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X13 xx.xx.1952-ci ildə anadan olmuş, onun valideynləri X12 və X4 olmuşlar. İş materiallarında olan X-JQ seriyalı, xx.xx.1979-cu il tarixli, 603742 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun surətindən görünür ki, ərizəçinin babası X12 1916-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı, 022472 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X13 xx.xx.2019-cu ildə vəfat etmişdir. İş materiallarında olan şahidlərin iştirakı ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hülövlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 15 may 2025-ci il tarixli aktdan görünür ki, 1916-cı ildə anadan olmuş X12 1988-ci ildə vəfat etmiş və Xaçmaz rayonunun Canaxır kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, ərizəçinin mərhum babası X6 qəbir abidəsinin fotoşəkili çəkilmiş, qəbir daşının üzərində mərhumun soyadı, adı və atasının adı, doğulduğu və vəfat etdiyi illər həkk olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs verdiyi xx.xx.2025-ci il tarixli, 258 nömrəli məktubdan görünür ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun mərhum babası X6 xx.xx.1945-xx.xx.2025-ci illər üzrə Maraqlı şəxsndə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmışdır. Lakin mərhumun Qeydiyyat Şöbəsində göstərilən illər üzrə ölüm akt qeydi tapılmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X16 Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xaçmaz rayon Mərkəzi Xəstəxbabası» Publik Hüquqi şəxsinın direktor müavini tərəfindən verilmiş 27 may 2025-ci il tarixli, 18-1-43/3-3323/2025 saylı məktubdan görünür ki, 1906-cı ildə anadan olmuş X6 xx.xx.1988-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Xaçmaz MRX-da heç bir məlumat yoxdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidllərin ifadəlini dinləyib, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 1916-cı ildə keçmiş Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində anadan olmuş X12 Ərizəçi babası olmuşdur. Ərizəçinin babası X12 1988-ci ildə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində vəfat etmiş və Canaxır kənd qəbirstanlığında qəbirstanlığında qohum-əqrəbanın və qonşuların iştirakı ilə dəfn olunmuşdur. Ərzi Hüseynov 1988-ci ildə vəfat etməsinə baxmayaraq ərizəçi və yaxın qohumları hüquqi savadsızlıqdan mərhumun ölümü barədə vaxtında həkim arayışı almamış və mərhumun ölümünü Qeydiyyat orqanında qeydiyyata aldırmamışlar. Bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Vərəsəlik məsələlərinin həlli ilə bağlı Ərizəçi aidiyyatı orqanlara müraciət edərkən ondan mərhum babasının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu səbəbdən də o, babası üçün ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında babasının ölümü barədə həkim arayışı alınmadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə vərəsəlik məsələlərini həll etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi 1916-cı ildə keçmiş Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində anadan olmuş babası X7 1988-ci ildə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Göstərilərlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi 1916-cı ildə keçmiş Qutqaşen (indiki Qəbələ) rayonunun Vəndam kəndində anadan olmuş babası X7 1988-ci ildə Xaçmaz rayonunun Mehrəliqışlaq kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar