Məhkəmə qərarları › İş №2(067)-2210/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2210/2023

07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2210/2023 07.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 10 may 1946-cı il tarixdə Qusar rayonu, Nəcəfkənd kəndində doğulmuş X3 xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 03 fevral 2016-cı i tarixdə Rusiya Federasiyası vətəndaşı olan X23 ilə ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikah RF Moskva vilayətinin Lyubertsı şəhər VVAQ şöbəsində 03 fevral 2016-cı il tarixdə 117 nömrə ilə qeydə alınmışdır. Birkə nikahından bir uşağı vardır. X20 - xx.xx.2018-ci il təvəllüdlü. Aralarında rəsmi nikah bağlandıqdan sonra onlar müəyyən müddət Lyubertsı şəhərində yaşamış, 2018-ci ildə o, Azərbaycan Respublikasına qayıdaraq ərinin anası X4 yaşadığı ünvan 2 ünvanında yerləşən evə qayıtmışdır. X2 08 iyun 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən bacısı Lamuna Remixanovnaya məxsus evdə vəfat etmiş və onu Qusar şəhəri qəbiristanlığında dəfn etmişlər. Savadsızlıqdan onlar qaynanası Şüküfə Mustafayevanın ölümünü təsdiq edəcək tibbi şəhadətnamə almamışlar və buna görə də onun adına ölüm haqqında şəhadətnamə verilmir. Belə ki, Qusar rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021 -ci il tarixli məktubu ilə təsdiq olunur ki, xx.xx.10946-cı il tarixdə Qusar rayonu, Nəcəf kəndində anadan olmuş X4 ölümü qeydə alınmamış və bu barədə məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. Xaçmaz rayon X18 hüquqi şəxsin 17 noyabr 2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, xx.xx.1946-cı il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Xaçmaz RMX-da heç bir məlumat yoxdur. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X21 ifadəsində göstərmişdir ki, Xanımı tanıyır. Şüküfə xala da Xanımın qayınanasıdır. Şüküfə xala Qusarda yaşayıb. Şüküfə xalaya Xaçmazda, Səid Qurbanov küçəsində baxırdılar. O, həmin evin yaxınlığında qalır. Onların evi bina evi idi. Onun evi isə həyət evidir. Onların münasibətləri yaxşı olub. Xanım hər gün gəlib qayınanasına baxırdı. Şüküfə xala çox xəstə yatıb. İyun ayının 8-də isə həmin evdə rəhmətə gedib. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, Xanımı tanıyır. Onun bacısının qızıdır.Ailəlidir. Yoldaşı Moskvadadır.Qaynanası rəhmətə gedib. Qayınanası onun xalası olub.Xalası onların evində rəhmətə gedib. O da xalasına bir müddət baxmışdır.Xalası anasının evində qalırdı. Ona anası ilə birlikdə baxmışlar.Xalası yataq xəstəsi olmuşdur və 2021-ci ilin iyun ayında vəfat edib. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 ilə Ərizəçi arasında nikah RF Moskva vilayətinin Lyubertsı şəhər VVAQ şöbəsində 03 fevral 2016-cı il tarixdə 117 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında Arayışdan müəyyən olunur ki, X22 xx.xx.1975ci ildə Qusar şəhərində anadan olmuşdur. X6, anası X7r. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X29 xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1946-cı il təvəllüdlü X4 xx.xx.2021-ci ildə vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan İcbari Sığorta Agentliyin Xaçmaz rayon X18 X30 və X17 Stansiyasının 08 iyun 2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, xx.xx.1946-cı il təvəllüdlü X8 vəfat etmişdir. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X8 barəsində Qusar rayon Qeydiyyat şöbəsində ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı xx.xx.2021-cü il tarixli məktubdan görünür ki, X8 barəsində Qusar rayon Qeydiyyat şöbəsində ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarından görünür ki, Ərizəçi X4 qohumudur( gəlinidir). İş materiallarında olan fotoşəkildən görünür ki, X8 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin qaynanası xx.xx.1946-cı il təvəllüdlü X9 xx.xx.2021-ci ildə ünvan 3 ünvanında vəfat etmiş və həmin Qusar rayonunda dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun övladı olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1946-cı il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 10 may 1946-cı il tarixdə Qusar rayonu Nəcəfkənd kəndində anadan olmuş X5 08 iyun 2021-ci il tarixdə Xaçmaz şəhərində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar