Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2280/2025 19.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi Buxsayeva (Sədirova) Arzu İldırımovnanın iştirakı ilə, Ərizəçi Buxsayeva (Sədirova) X3 Aydın Təbrik oğlunu maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Ərizəçi Buxsayeva (Sədirova) Arzu İldırımovna ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs xx.xx.2023-cü il tarixli AR-UJ 191002 saylı etibarnaməsi ilə anası Nümayəndə ilə aralarında razılıqları əsasında bağlanmış 25 oktyabr 2023-cü il tarixdə MŞQ/MT-027/2023- 01582 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 14 iyul 2014-cü ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan 06 iyul 2019-cu il təvəllüdlü X7 və 11 noyabr 2015-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Bildirmək istəyir ki, o, Maraqlı şəxs nikahın pozulması, uşaqların himayəsində saxlanması, aliment tələbi, cehiz və qızıl-ziynət əşyalarının qaytarılması tələbi ilə bağlı 1 saylı Qusar mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı tərəf Maraqlı şəxs xx.xx.2023-cü il tarixli AR-İİİ 191002 saylı etibarnaməsi ilə anası Nümayəndə mediasiya sessiyasında iştirak etmiş və aralarında razılıqları əsasında 25 oktyabr 2023-cü il tarixdə MŞQ/MT-027/2023-01582 nömrəli barışıq sazişi bağlanaraq rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş sazişin 3-cü bəndinə əsasən maraqlı tərəf Maraqlı şəxs xx.xx.2023-cü il tarixli AR-İİİ 191002 saylı etibarnaməsi ilə anası Nümayəndə mediasiya prosesində birgə nikahdan olan 06 iyul 2019-cu il təvəllüdlü X4 və 11 noyabr 2015-ci il təvəllüdlü X5 18 yaşına çatana kimi saxlanılması üçün 2023-cü ilin oktyabr ayından başlayaraq hər ayın 30-na kimi hər uşağa 150 (yüz əlli) manat aliment pulunu cəmi 300 (üç yüz) manat aliment pulunu ödəyəcəyinə öhdəlik götürmüşdür. Lakin, maraqlı tərəf Maraqlı şəxs xx.xx.2023-cü il tarixli AR-İİİ 191002 saylı etibarnaməsi ilə anası Nümayəndə alimentin ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, uşaqların saxlanılması üçün ona alimenti ödəmir və alimenti ödəməkdən imtina edir. “Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunun 34.1-ci maddəsində göstərilib ki, barışıq sazişi 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə iclasında ərizəçi Buxsayeva (Sədirova) Arzu İldırımovna ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, ərizəni müdafiə edir. Əvvəllər ödəniş etsələr də hazırda ödəniş etmirlər. Artıq 3-cü aydır ödəniş etmir. İş üzrə maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər arasında mübahisənin həlli ilə bağlı danışıqlar aparılmışdır. Danışıqlar nəticəsində ikinci tərəf (Maraqlı şəxs xx.xx.2023-cü il tarixli AR-İİİ 191002 saylı etibarnaməsi ilə nümayəndəsi Nümayəndə) birinci tərəf (Ərizəçi İldırimovna) qarşısında öhdəlik götürdü ki, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 18 yaşına kimi saxlanılması üçün hər uşağa 150 (yüz əlli) manat məbləğində alimenti cəmi 300 (üç yüz) manat olmaqla hər ayda birinci tərəfin X9 filialından öz adına aldığı 5239 1517 9344 8625 nömrəli birbank kartına 2023-cü ilin oktyabr ayından başlamış hər ayın 30-na kimi ödəyəcəkdir. İkinci tərəf birinci tərəflə razılaşaraq onun qarşısında öhdəlik götürdü ki, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 himayəsində saxlanmasına razıdır, ikinci tərəf birinci tərəfin qarşısında öhdəlik götürdü ki, onun evində saxlanılan bütün cehiz əşyaları tam qaydada 30 oktyabr 2023-cü tarixinə kimi qaytarıb verəcəkdir. Proses zamanı birinci tərəf ikinci tərəfdən başqa heç bir tələbinin olmadığını bildirdi. Prosses zamanı ikinci tərəf ərizə ilə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 görüş vaxtlarının təyin olunmasını xahiş etmişdir. Birinci tərəf ikinci tərəf qarşısında öhdəlik götürdü ki, xx.xx.2019-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 hər həftənin şənbə və bazar günləri saat 10.00-dan 19.00-a kimi görüşməsinə şərait yaradacaqdır. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, tərəflər arasında alimentin ödənilməsi barədə qənaətə gələrək xx.xx.2023-cü il tarixdə 1 saylı Qusar Mediasiya təşkilatında barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə görə Maraqlı şəxs 2023-cü ilin oktyabr ayından başlayaraq hər ay, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 18 yaşına çatana kimi saxlanılması üçün birinci tərəfin adında olan X9 filialından öz adına aldığı 5239 1517 9344 8625 nömrəl birbank kartına 2023-cü ilin oktyabr ayından başlamış hər ayın 30-na kimi ödəyəcəkdir. Tərəflər qəbul edilmiş öhdəliyə hörmətlə yanaşaraq icra olunmasına məsuliyyət daşıyacaqlarına öhdəliк götürüblər. Lakin, qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də, ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Bu Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bu Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən ərizəçi Buxsayeva (Sədirova) Arzu İldırımovna ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi Buxsayeva (Sədirova) Arzu İldırımovnanın maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli "barışıq sazişinin təsdiq edilməsinə dair" ərizəsi təmin edilsin. Ərizəçi Buxsayeva (Sədirova) Arzu İldırımovna ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli "barışıq sazişi” aşağıdakı məzmunda təsdiq edilsin: “İkinci tərəf (Maraqlı şəxs xx.xx.2023-cü il tarixli AR-İİİ 191002 saylı etibarnaməsi ilə nümayəndəsi Nümayəndə) birinci tərəf (Ərizəçi İldırimovna) qarşısında öhdəlik götürdü ki, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 18 yaşına kimi saxlanılması üçün hər uşağa 150 (yüz əlli) manat məbləğində alimenti cəmi 300 (üç yüz) manat olmaqla hər ayda birinci tərəfin “KapitalBank”ın Xaçmaz filialından öz adına aldığı 5239 1517 9344 8625 nömrəli “birbank” kartına 2023-cü ilin oktyabr ayından başlamış hər ayın 30-na kimi ödəyəcəkdir. İkinci tərəf birinci tərəflə razılaşaraq onun qarşısında öhdəlik götürdü ki, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 himayəsində saxlanmasına razıdır, ikinci tərəf birinci tərəfin qarşısında öhdəlik götürdü ki, onun evində saxlanılan bütün cehiz əşyaları tam qaydada 30 oktyabr 2023-cü tarixinə kimi qaytarıb verəcəkdir. Birinci tərəf ikinci tərəf qarşısında öhdəlik götürdü ki, xx.xx.2019-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 hər həftənin şənbə və bazar günləri saat 10.00-dan 19.00-a kimi görüşməsinə şərait yaradacaqdır.” Qətnamə xx.xx.2023-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-2280/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2280/2025
19.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver