Məhkəmə qərarları › İş №2(067)-2369/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2369/2021

07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2369/2021 07.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Ərizəçi vəkili X1 iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 1918-ci ildə anadan olmuş doğma qayınX5nun 25.08.2010-cu ildə vəfat etməsi faktının müəyyən olunması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 17 fevral 1978-ci il tarixdə X12 ilə rəsmi nikah əsasında ailə qurmuşlar, əvvəllər qayınX5nun adınaa olmuş yaşayış evi hazırda ona məxsusdur. 1918-ci il təvəllüdlü qayınX5 25.08.2010-cu il tarixdə vəfat etmiş və Xaçmaz şəhəri, 29-cu qəsəbə ərazisindəki qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt adına ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. X11 həqiqətən də 25.08.2010-cu il tarixdə vəfat edərək Xaçmaz şəhəri, 29-cu qəsəbə ərazisindəki qəbirstanlığında dəfn olunması qonşuların iştirakı ilə tərtib olunmuş Xaçmaz şəhəri İƏD üzrə nümayəndə tərəfindən təsdiq edilmiş 02.07.2021-ci il tarixli rəsmi AKT ilə təsdiq olunur. Onun ölməsi barədə tibbi şəhadətnamə alınmaması, Xaçmaz rayon X6 Hüquqi Şəxsin 19.06.2021-ci il tarixli 908 nömrəli arayışı ilə habelə adına ölüm haqqında şəhadətnamənin alınmaması Maraqlı şəxs 22.06.2021-ci il tarixli 57 saylı məktubu ilə təsdiq olunur. Habelə qəbri üzərindəki yazılardan da görünür ki, X16 1918-ci ildə doğulmuş 25.08.2010-cu il tarixdə vəfat etmişdir. Xaçmaz şəhəri, Ü.Hacıbəyov küç, ev.39 ünvanında ona məxsus yaşayış evi vardır. Həmin evə hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16.06.2021ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli çıxarışa əsasən rəsmiləşdirilmişdir. Evin yerləşdiyi torpaq sahəsinin bir hissəsini özgəninkiləşdirmək istərkən müəyyən olunmuşdur ki, qayınatasının ölməsi barədə şəhadətnamə olmadığına görə formal olaraq pasport qeydiyyatında qalır. Bu səbəbdən də müəyyən çətinlik yarandığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında ərizəçinin vəkili X3 ərizədə yazılanları müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, ərizəçini tanıyır. Onunla qonşuluqda yaşayır. Ərizəçinin qayınatası Ağa 25 avqust 2010-cu ildə qocalıqdan vəfat etmiş və Xaçmaz şəhəri 29-cu qəsəbədə yerləşən qəbristanlığında dəfn olunmuşdur. O, yas mərasimlərində bir qonşu kimi yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, ərizəçini tanıyır. Onunla qonşuluqda yaşayır. Ərizəçinin qayınatası Ağa 25 avqust 2010-cu ildə qocalıqdan vəfat etmiş və Xaçmaz şəhəri 29-cu qəsəbədə yerləşən qəbristanlığında dəfn olunmuşdur. O, yas mərasimlərində bir qonşu kimi yaxından iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin əri X12 1949-cu ildə anadan olmuşdur. X5, anası Həsənova Tolu Nəcəfqulu qızıdır. İş materiallarında olan 17 may 2021-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X4 17 fevral 1978-ci il də nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Həsənov, arvada Həsənova soyadları verilmişdir. İşdə olan Xaçmaz şəhərində tərtib olunmuş aktdan görünür ki, ərizəçinin qayınX5 25 avqust 2010-cu ildə vəfat etmiş və Xaçmaz şəhəri 29-cu qəsəbədə yerləşən qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı 22 iyun 2021-ci il tarixli 57 saylı məktubundan görünür ki, X11 01.01.1945-22.06.2021-ci illər üzrə Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X11 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X17 19 iyun 2021-ci il tarixli 908 nömrəli məktubundan müəyyən olunur ki, Birliyin Xaçmaz rayon şöbəsində mərhum X16 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, 1918-ci ildə Xaçmaz rayonunda anadan olmuş X11 25 avqust 2021-ci ildə vəfat etməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə hesab edir ki, 1918-ci ildə Xaçmaz rayonunda anadan X11 25 avqust 2010-cu ildə vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 1918-ci ildə Xaçmaz rayonunda anadan olan X11 25 avqust 2010-cu ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar