Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2383/2025 20.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə (Maraqlı şəxs) məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi oğlu məhkəməyə ərizə ilə müraciət edərək, 19 iyul 1963-cü ildə Bakı şəhərində anadan olan və xx.xx.2008-ci ildə Bakı şəhərində vəfat edib Xaçmaz rayonu, Gödəkli kəndində dəfn edilən anasının ölüm faktının müəyyən olunması və ölüm haqqında şəhadətnaməsinin verilməsi, həmçinin X11, X14 və X12 eyni şəxs olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X11 xx.xx.2008-ci ildə vəfat etmişdir. Onun ölüm faktını təsdiq edən ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin verilmiş 03 iyun 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Maraqlı şəxs tərəfindən xx.xx.1963-xx.xx.2025-ci illər üzrə qeydiyyat şöbəsində ölümün qeydə alınıb-alınmaması yoxlanılarkən X4 ölüm akt qeydi aşkarlanmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Anası evdə dünyasını dəyişdiyi və anasına məxsus ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün Maraqlı şəxs tərəfindən anası X5 ölüm faktının qeydə alınması və ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bildirir ki, anası X11 xx.xx.2008-ci ildə Bakı şəhərində vəfat edib və Xaçmaz rayon, Gödəkli kəndində dəfn edilib. Onun məzarına dair şəkillər məhkəməyə təqdim edilir. Belə ki, onlar 5 bacı-qardaşdır. O, bacısı - xx.xx.1993-cü il təvəllüdlü X6, xx.xx.1988-ci il təvəllüdlü X7 və iki qardaşı. Hər iki qardaşında nə doğum haqqında şəhadətnamə, nə də ki, şəxsiyyətini təsdiq edəcək başqa sənədi yoxdur. Beləki, atası Şahid1 2023-cü ildə Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsinə müraciət etmiş və övladlarının doğulması haqqında məlumat əldə etmək istəmişdir. Nəticədə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi tərəfindən atası Şahid1 verilmiş xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ləğv edilmiş M.Hacıqasımov adına 1 nömrəli X19 arxiv sənədlərinə istinadən bildirilirki ki, X14 xx.xx.1996-cı il tarixdə saat 22:20 radələrində çəkisi 3400 qram, boyu 51 sm olan diri oğlan uşağı və 05,02.2002-ci il tarixdə saat 09:15 radələrində isə çəkisi 4200 qram, boyu 54 sm olan diri oğlan uşağı dünyaya gətirmişdir. Burada nəzərdə tutulan iki uşaq qardaşları 1996-cı il təvəllüdlü Mətləb və 2002-ci il təvəllüdlü Faiqdir. Qeyd edir ki, həm onun, həm də hər iki bacısının - xx.xx.1993-cü il təvəllüdlü X6 və xx.xx.1988-ci il təvəllüdlü X3 doğum haqqında şəhadətnamələrində anası X9raq yazılmışdır. Həmçinin, atası ilə anasının həm 1986-cı il tarixli evlənmə haqqında şəhatənaməsində, həm də 1994-cü il tarixli boşanma haqqında şəhadətnaməsində anasının ad soyad və ata adı X11 kimi qeyd edilmişdir. Anasına məxsus keçmiş SSRİ pasportunda X4 19 iyul 1963-cü ildə Bakı şəhərində doğulması və erməni milliyətindən olması qeyd edilmişdir. Bu məlumatlarla yanaşı anasının pasportunda ailə-uşaqlar qrafasmda onun, bacısı Səidənin və anasının ilk nikahından olan oğlu Ruslanın adı və doğum tarixi yazılmışdır. Anasına məxsus pasportun yazılı olan son vərəqində anasının yaşayış yeri qrafasında sonuncu dəfə 29 mart 1994-cü ildə qeydiyyatdan çıxdığı qeyd edilmişdir. X4 doğum haqqında şəhadətnaməsi yoxdur. Şəxsiyyətini təsdiq edən tək sənəd pasportudur. Məhkəməyə müraciət etməkdə məqsədi anasının ölməsi faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsidir. Çünki hər iki qardaşı 1996-cı il təvəllüdlü Mətləb və 2002-ci il təvəllüdlü Faiqin nə doğum haqqında şəhadətnaməsi, nə də şəxsiyyətini təsdiq edəcək hər hansı sənədləri yoxdur. Onlara doğum haqqında şəhadətnamə almaq üçün anasının ölümü haqqında şəhadətnaməsi lazımdır. Ərizəçi ərizəsini dəqiqləşdirmək barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 iyul 1963-cü ildə Bakı şəhərində doğulmuş və xx.xx.2008-ci ildə Bakı şəhərində vəfat edib, Xaçmaz rayon, Gödəkli kəndində dəfn edilən anası Əsədova (Ayrapetova) Alla Aşotovnanın ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə edərək bildirdi ki, 24 may 2008-ci ildə Bakı şəhərində vəfat etmiş, Xaçmaz rayonunda dəfn edilən anası Əsədova (Ayrapetova) Alla Aşotovnanın ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Bu işlə bağlı şahidlərinin dindirilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X11 ilə 1986-cı ildə ailə qurmuşlar və arvadı Əsədova soyadını qəbul etmişdir. 1994-cü ildə onlar formal olaraq rəsmi boşanmışlar. Birgə nikahdan 6 övladları olub. Arvadı Alla xx.xx.2008-ci ildə Bakı şəhərində vəfat etdikdən sonra həmin gün Xaçmaz rayonu Gödəkli kəndində dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Bəydəmir oğlu ifadəsində göstərmişdir ki, qardaşı ilə mərhum X11 1986-cı ildə ailə qurub. 1994-cü ildə boşanmışlar. Birgə nikahdan 6 övladları olmuşdur. X11 xx.xx.2008-ci ildə Bakı şəhərində vəfat etmiş, Xaçmaz rayonu Gödəkli kəndində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ərizəçi Aidəni tanıyır, qonşusudur. Ərizəçinin mərhum anası Alla Xaçmaz rayonu Gödəkli kəndində dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ərizəçini qonşusu olaraq tanıyır, ərizəçinin mərhum anası Alla Xaçmaz rayonu Gödəkli kəndində dəfn olunub. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.1987ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Şahid1, ana qrafasında X11 qeyd edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Şahid1, ana qrafasında X17 qeyd edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1993cü il tarixdə anadan olmuşdur. Ata qrafasında Şahid1, ana qrafasında X17 qeyd edilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcraiyyə Komitəsinin Daxili işlər Şöbəsi tərəfindən xx.xx.1979-cu il tarixdə verilmiş X13 məxsus keçmiş SSRİ pasportunda onun ad, soyad və ata adı X11 kimi yazılmışdır və 19 iyul 1963-cü ildə Bakı şəhərində doğulması, erməni milliyyətindən olması qeyd edilmişdir. Bu məlumatlarla yanaşı pasportun uşaqlar bölməsində övladlarınin (Aidə, Səidə və Ruslan) adları qeyd olunmuşdur. Pasportun 16-cı səhifəsində yaşadığı yer qrafasında 29 mart 1994-cü ildə qeydiyyatdan çıxdığı qeyd edilmişdir. - Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 258 saylı məktubundan görünür ki, xx.xx.2008-ci ildə vəfat etmiş anası X4 xx.xx.1963 - xx.xx.2025-ci illər üzrə Xaçmaz rayon Qeydiyуat şöbəsi üzrə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmış, göstərilən illər üzrə ölüm aktı qeydi aşkar olunmamışdır. - “Evlənmə haqqında” şəhadətnamənin surətindən müəyyən olunur ki, Şahid1 ilə X11 xx.xx.1986-cı ildə nikaha daxil olaraq evlənmişlər. Nikahdan sonra arvada Əsədova soyadı verilmişdir. - boşanma haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Şahid1 ilə X11 arasında olan nikah xx.xx.1994-cü ildə pozulmuşdur. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü X1 yer üzrə qeydiyyata alınma və müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-3578/25 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü Əsədova (Ayrapetova) Alla Aşotovnanın dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Fotoşəkillərdən müəyyən olunur ki, Əsədova Alla adlı şəxsə qəbir daşı qoyulmuşdur və daşın üzərində “həyat yoldaşından xatirə” yazısı qeyd edilmişdir. - Xaçmaz rayonu Qımılqışlaq bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 113 nömrəli arayışından müəyyən olunur ki, Xaçmaz rayonu Qımılqışlaq bələdiyyəsinin Gödəkli kənd sakini Ərizəçi mərhum anası X17 Gödəkli kənd qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin anası 19 iyul 1963-cü ildə Bakı şəhərində anadan olan və xx.xx.2008-ci ildə Bakı şəhərində vəfat edən Əsədova (Ayrapetova) Alla Aşotovna qohum-əqrəbanın və qonşuların iştirakı ilə Xaçmaz rayonu Gödəkli kənd qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun qızı olan Ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənədi başqa qaydada alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19 iyul 1963-cü ildə Bakı şəhərində anadan olmuş Əsədova (Ayrapetova) Alla Aşotovnanın 24 may 2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-2383/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2383/2025
20.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver