Məhkəmə qərarları › İş №2(067)-2417/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2417/2022

10.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2417/2022 10.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X3, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və sair tələbə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq mülkiyyətində olan “Dodge Charger” markalı, **-XN-*** qeydiyyat nişanlı avtomobili və ya hamin avtomobilin dəyəri olan 15000 (on beş min) manat məbləğində pulun cavabdehlər X1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması haqqımla qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 əvvəldən tanımış və onunla münasibəti olub. 2021-ci ilin aprel ayında o, eşitmişdir ki, Sahil idarə etdiyi Dodge Charger markalı, **-XN-*** qeydiyvat nişanlı avtomobili satır. Ona görə də Sahil ilə əlaqə saxlayıb satdığı avtomobili almaq qərarına gəlmişdir. O, Sahilin idarə eldiyi avtomobilin yəni Dodge Charger markalı, **-XN-*** qeydıyyat nişanlı avtomobilə baxmış və bəyəndiyinə görə 2021-ci ilin aprel ayının 19-da həmin avtomobili 10000 (on min) manat məbləğində almaq barəsində razılaşmış və avtomobili həmin tarixdə 10000 manat nəqd pul verib almışdır. Bundan sonra avtomobili yığdırmaq üçiin 2000-2500 manat məbləgində pul xərcləmişdir. 2021-ci ilin iyun ayında Sahil onun yanına gələrək həmin avtomobili almaq istədiyini. 4 ay ərzində avtomobilin pulunu tam ödəyəcəyini bildirmişdir. Onlar avtomobilin qiymətini 15000 (on beş min) manata razılaşaraq və əvvəldən Sahil ona 2000 manat ilkin ödəniş etmiş və o, da avtomobili etibarnamə ilə idarə etmək üçün vermişdir və demişdir ki, nə vaxt avtomobilin pulunu ödəyib qurtarsan onda gələrsən baş etibarnamə verəcək, əks halda ona verdiyi məbləği 2000 manatı qaytarmayacaq. Onlar bu barədə şifahi olaraq razılaşmışlar. Sahil dekabr ayına qədər pulu ödəməmişdir və o, Sahili çox axtarmışdır. Sonra öyrənmişdir ki, Abdullaveva Zemfiradan borc pul götürüb, pulu qaytarmaq üçün müddət istəmişdi. Zemfira xanım Sahilə pul vermək istəməyəndə özünə inandıraraq idarə etdiyi avtomobili özününkü kimi təqdim edib girov qoyaraq 8500 manat pul almışdır. Hansı ki, 2021-ci ilin aprel ayının 4-də Cavabdeh2 baş etibarnamə əsasında 10000 (on min) manat məbləğində pul verərək almışdır. Daha sonra 2021-ci ildə Cavabdeh2 həmin axtomobili aralarında olan şifahi razılaşmaya əsasən ümumilikdə 15000 (on beş min) manat olmaqla, 2000 (iki min) manat ilkin ödəniş edərək 04 ay ərzində 13000 (on üç min) manat pulu tam ödəmək şərti ilə razılaşmışlar. O, ona avtomobilin pulunu tam ödəyənədək həmin avtomobili idarə etmək üçiin etibarnamə əsasında idarə etdiyi Dodge Charger markalı, **-XN-*** qeydi}yat nişanlı avtomobili vermişdir. Cavabdeh avtomobili Zemfira xanıma girov olaraq vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən. Sahil aldığı 8500 manatı qaytaran zaman avtomobili Zemfira xanımdan geri götürəcək. Hansı ki, həmin avtomobil onundur. İddiasının təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərmişdir ki, “Dodge Charger” markalı, **-XN-*** qeydiyyat nişanlı avtomobil hüquqlarını müdafiə etdiyi İddiaçıdir. O, iddia qaldıraraq cavabdehlər X2 və Cavabdeh2 avtomobilin qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə xahiş etmişdir. İşin bir çox hallarına əsasən Sahil mübahisə olunan maşını sürmək üçün etibarnamə ilə ona verilmiş maşını götürərək Abdullayeva Zenfiraya vermişdir. Sonradan hüquqlarını müdafiə etdiyi şəxs polisə müraciət edərək həmin maşını götürməyə cəhd etsə də, həmin şəxs maşının onda olmadığını bildirmişdir. Keçən prosesdə də Cavabdeh2 hüquqlarını müdafiə edən Hacıbala müəllim bildirmişdir ki, maşın onlarda deyil, Zenfira xanımdadır. Məhkəmə tərəfindən xanıma sual verilərkən xanım maşının onda olmadığını bildirmişdir. Lakin xanımın heç bir əsaslı sübutu yoxdur. Ona görə də iddianı iki nəfərə qarşı qoymuşlar. Hazırda maşının harada və nə vəziyyətdə olduğu barədə məlumat yoxdur. Onlar avtomobilin qaytarılmasını istəyirlər. Ziyan hissəsini tələb etmir. Çünki avtomobilin nə vəziyyətdə və ziyanın hansı səviyyədə olduğunu bilmirlər. Maşın geri qaytarıldıqdan sonra ehtiyac duyularsa, ziyanla bağlı məhkəməyə müraciət olunacaq. Bundan əlavə tərəf avtomobilin dəyərinin müəyyən edilməsi üçün əlavə araşdırma aparılmasına zərurət olmadığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 izahatında göstərmişdir ki, iddia tələbinin Cavabdeh2 aid olan hissəsini qəbul etmir. İş materialları ilə bu hal büsbütün təsdiq olunur. Cavabdeh Zenfira xanımın ifadəsində də göstərilir ki, polis araşdırma apararkən avtomobil Zenfira xanımın həyətində olmuşdur. Maşının təslim edilməsi inandırıcı hal deyil. Müvəkkili borcunu geri qaytarmadığını söyləyir. Ona görədə iddianın müvəkkilinə aid hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, toplanmış materialda cinayət tərkibi olmadığından rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının avtomobilinin cavabdeh X4 verilməsi tam sübut olunsa da, sonradan o avtomobilin digər cavabdehə və ya iddiaçıya qaytarılması öz təsdiqini tapmır. Beləliklə, tərəflərin izahatlarını, mütəxəssis və ekspert rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan “Dodge Charger” markalı, **-XN-*** qeydiyyat nişanlı avtomobil cavabdeh X2 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 51 manat dövlət rüsumu cavabdeh X2 alınaraq, iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar