Məhkəmə qərarları › İş №2(067)-249/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-249/2023

16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-249/2023 16.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1936-cı il təvəllüdlü mərhum X1 xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Lakin onun səhlənkarlığı, savadsızlığı və qanunu yaxşı bilmədiyindən vaxtında mərhum nənəsi X3 üçün onun ölümü haqqında tibbi arayışı almamışdır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümü Qeydiyyat orqanında qeydə alınmamışdır. Zərurət yaradığından qızının ölüm haqqında şəhadətnaməsini almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həkim arayışı olmadığına görə və arayışın alınması üçün müəyyən edilmiş müddəti ötürdüyünə görə ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və anadan olduğu Xaçmaz rayonunun Nərəcan kənd camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn edilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək müdafiə etmiş, izahat verərək bildirmişdir ki, xx.xx.1936-cı ildə anadan olmuş X2 23 iyun 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi ərizədə səhv qeyd edilmişdir. Ona görə də ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim etmiş və 01 iyul 1936-cı ildə Xaçmaz rayonunun Köhnə Xudat kəndində anadan olmuş mərhum X2 xx.xx.2021-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi dostudur, onunla münasibətləri yaxşıdır. Ərizəçinin nənəsi Güllər xala ilə qonşu olub. O, xx.xx.2021-ci ildə vəfat etmişdir. O, qocalığı ilə bağlı vəfat edib. O, özü də dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi qohumudur. Ərizəçinin nənəsi ilə qonşu olublar. O, Güllər xalanı uşaqlıqdan tanıyır. Güllər xala xx.xx.2021-ci ildə vəfat etmişdir. O, qocalığı ilə bağlı vəfat edib. O, özü də dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE 08668790 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 xx.xx.1936-cı il tarixdə Xaçmaz rayonunun, Köhnə Xudat kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, mərhum X3 xx.xx.2021-ci ildə vəfat etmişdir və o, Xaçmaz rayonu, Nərəcan kəndində dəfn olunmuşdur. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi mərhum X1 xx.xx.1936-cı il tarixdə Xaçmaz rayonunun, Köhnə Xudat kəndində anadan olması və xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə ərizənin təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin mərhum X1 xx.xx.1936-cı il tarixdə Xaçmaz rayonunun, Köhnə Xudat kəndində anadan olması və xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il tarixdə Xaçmaz rayonunun Köhnə Xudat kəndində doğulmuş X2 xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səmədzadə Sərxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar