Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2496/2025 08.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni araşdıraraq müəyyən etdim ki, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(067)-412/2025 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh X1 qarşı mənəvi zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddiası təmin edilməmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.. Göstərilənlərə əsasən İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2496/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2496/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver