Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2530/2025 19.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1946-cı il təvəllüdlü anam X7 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, anası X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Lakin səhlənkarlığı, savadsızlığı və qanunu bilmədiyindən vaxtında xx.xx.1946-cı il tarixdə anadan olmuş mərhum anası X9 üçün ölümü barədə tibbi şəhadətnamə almamışdır. Mərhum anası xx.xx.2020-ci il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümü qeydiyyat orqanında qeydiyyata alınmamışdır. Zərurət yarandığından anası X7 ölüm haqqında şəhadətnaməsini almaqdan ötəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəfindən müəyyən olunmuş müddət ötürüldüyündən ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bir daha qeyd edir ki, mərhum anası X9 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və anadan olduğu Xaçmaz rayonu Sahillər kənd camaatının iştirakı ilə Xaçmaz rayonu Sahillər kənd qəbrstanlığmda dəfn edilmişdir. İş üzrə iddiaçı ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Xaçmaz rayon məhkəməsində mərhum anası X8 şəxsin ölüm faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Ərizədə mərhum anasının adını X10 olduğu halda, səhvən X4 yazılmışdır. Ona görə də, ərizəsində ərizəni dəqiqləşdirərək, mərhum anasının adını X10 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və göstərmişdir ki, anası Zöhrə Nağıyeva xx.xx.2020-ci ildə ölmüş və Sahillər kənd qəbiristanlığında dəfn edilmişdir. Səhlənkarlıq edib anası üçün ölüm haqqında şəhadətnamə almamışdır. Sonradan almaq istəyəndə isə tibbi şəhadətnamə olmadığından və verilməsi də mümkün olmadığından, Qeydiyyat şöbəsi tərəfindən ona anasının ölüm haqqında şəhadətnaməsini verilməsindən imtina edilmişdir. Ona görə məhkəməyə müraciət etmişdir. Anasının ölüm faktını təsdiq edən şahidləri var, onların dindirilməsini xahiş edir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. 15 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi Nümayəndə ərizəyə dair etirazı olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, Zöhrə Nağıyeva qonşusu olub. O, xəstə olmuş və xx.xx.2020-ci ildə ölmüşdür. Onu Sahillər kənd qəbiristanlığında dəfn etmişlər. O dəfndə, yas mərasimlərində iştirak etmişdir. Zöhrə Nağıyeva vəfat edəndə karantin dövrü olmuşdur. Çox adam gəlməsə də, onlar - qonşular dəfndə, yasda iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Zöhrə Nağıyeva qonşusu olub. O, xəstə olmuş və xx.xx.2020-ci ildə ölmüşdür. Onu Sahillər kənd qəbiristanlığında dəfn etmişlər. O dəfndə, yas mərasimlərində iştirak etmişdir. Zöhrə Nağıyeva yaşlı olmuşdur. İş materiallarından görünür ki, ərizəçi, X8 qohumudur. İş materiallarında olan Şahid1, X5, X6, Şahid2, X3 iştirakı ilə xx.xx.1946-ci il tarixində Xaçmaz rayonun Ləcət kəndində anadan olmuş (mərhumə) X10 xx.xx.2020- ci il tarixədək Xaçmaz rayonu Sahillər kəndində yaşamış və xx.xx.2020- ci il tarixində vəfat etmişdir. X2 yaşadığı Sahillər kənd qəbirstanlığmda dəfn olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X11, anası X9 qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X7 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X8 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X8 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X8 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X19 xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1946-cı il tarixdə Ləcət kəndində anadan olmuş əvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X9 adlı şəxsə məzar daşı qoyulmuşdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X8 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2530/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2530/2025
19.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver