Məhkəmə qərarları › İş №2(067)-2538/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2538/2023

30.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2538/2023 30.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək doğma dayısı xx.xx.1958-ci ildə anadan olmuş X2 xx.xx.2018-ci ildə Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, doğma dayısı xx.xx.1958-ci ildə anadan olmuş X4 xx.xx.2018-ci ildə Xaçmaz şəhərində vəfat etmiş və Xaçmaz şəhər qəbristanlığında dəfn olunmuşdur. Dayısı Şirinağa ailəsindən boşanmış və tək yaşamışdır. Axır vaxtlar xəstə olmuş və ona baxmışdır. Cavadsızlıqdan dayısının adına ölüm haqqında şəhadətnamə almamışlar və bunun hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Dayısı sağlığında , yəni xx.xx.2014-cü ildə Xaçmaz rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş vəsiyyətnamə ilə özünə məxsus əmlakını ona vəsiyyət etmişdir. Hazırda dayısının ölüm şəhadətnaməsi olmadığından mirası adına keçirə bilmir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, dayısı ona ev vəsiyyət etmişdir. Dayısına o baxmışdır. Evi öz adına rəsmiləşdirmək üçün notariat kontoruna getmişdir. Orada dayısının ölüm haqqında şəhadətnaməsini istəmişlər. Sonra Qeydiyyat şöbəsinə getmiş, oradan demişlər ki, gec müraciət etmişdir, şəhadətnamə verilməsi mümkün deyildir. Dayısının övladı olmayıb. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçinin dayısı ilə 6-7 il qonşu olmuşdur. Onun adını xatırlamır, yaddaşı itir. Bilir ki, o, 2018-ci ildə ölüb. O, Quba rayonunun Rustov kəndində yaşayır. Ərizəçinin dayısının evinin qonşuluğunda da evi var, həmin ev mərhum arvadının adınadır, arvadı öləndən sonra arada gəlib orada qalır. Ərizəçinin dayısı tək qalmış, onun arvadı, uşağı olmamışdır. Ərizəçi xəstə olmuş, ərizəçi onun yanında qalmışdır. Ərizəçinin dayısı öləndə orada olmuş, dəfndə iştirak etmiş, cüməsinə getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçinin dayısı Şirinağanı tanımışdır. Onunla bir küçədə yaşamışdır. Hərbi xidmətdən qayıdandan sonra Şirinağanı küçədə görürdü. O, boşanmış, tək yaşamışdır, həm də xəstə olmuşdur. Ərizəçinin dayısı Şirinağanın öldüyünü təsdiq edir. O, qocalığı ilə bağlı vəfat etmiş, dəfndə iştirak etmişdir. İş materiallarında olan 14 oktyabr 2014-cü ildə tərtib edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, X4 özünə məxsus olan Xaçmaz şəhərində yerləşən bütün daşınar və daşınmaz əmlakını onun harda və nədən ibarət olmasından asılı olmayaraq ünvan 1 ünvanında yaşayan doğma bacısı qızı Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il qeydiyyat tarixli, **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında 0.0414 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X6, X3 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, ərizəçi, X2 qohumudur. İş materiallarında olan Şahid2, Şahid1 və Gülağa Xıdırovun iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, ünvan 3 ünvanında yaşamış X4 xx.xx.2018-ci ildə vəfat etmiş, Xaçmaz rayon Qobuqırtağı kənd qəbristanlığında dəfn olunmuşdur. Onun dəfnində iştirak etmişlər. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X4 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X12 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, 1958-ci il təvəllüdlü Xaçmaz rayonu sakini olmuş X2 2018-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X4 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X5 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1958-ci ildə anadan olmuş X2 xx.xx.2018-ci ildə Xaçmaz şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar