Məhkəmə qərarları › İş №2(067)-2548/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2548/2024

06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2548/2024 06.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, ərizəçi X7 iştirakı ilə ərizəçi X7 şəxsin “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X12 məhkəməyə ərizə ilə müraciət edərək Xaçmaz rayonu, Yergüc kəndində xx.xx.1994-cü ildə doğulmuş qızı X5 xx.xx.1995-ci il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində vəfat etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 10 yanvar 1991-ci il tarixdə rəsmi nikah bağlamaqla Mərdəliyeva (Manafova) Yasəmən Şahbaba qızı ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan doğulmuş digər övladlarından başqa xx.xx.1994-cü ildə Fidan adlı uşağı doğulmuş, uşaq təxminən bir ay yaşamış və xx.xx.1995- ci ildə vəfat etmişdir. Həmin vaxt uşağın ölməsi ilə bağlı ölüm haqqında şəhadətnamə almamışlar, bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Torpaq İslahatı haqqında qanuna müvafiq olaraq ailəsinə pay torpaq sahəsi verilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN-2666 saylı, KOD 30209018 Dövlət X1 da adı göstərilmişdir. Hazırda ondan miras qalmış hissəyə vərəsəlik məsələlərinin həlli üçün uşağın ölüm faktının müəyyən edilməsinə ehtiyac yaranmışdır. X3 xx.xx.1994-cü il tarixdə yaşadığı Yergüc kəndində vəfat etməsi və Yergüc kənd qəbristanlığında dəfn edilməsi qonşuların iştirakı ilə tərtib olunmuş Xaçmaz RİHB-nın Yergüc kənd İƏD-si üzrə nümayəndəliyində təsdiqlənmiş xx.xx.2023-cü il tarixli rəsmi AKT ilə təsdiq olunur. Qızının ölməsi barədə tibbi şəhadətnamə alınmaması Xaçmaz rayon X19 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ- 6-43/2- 1978/2023 saylı arayışı ilə təsdiq olunur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 05/715 nömrəli arayışından görünür ki, 02 dekabr 1994-cü ildə Xaçmaz rayon Yergüc kəndində anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mərhum X3 barəsində ölüm faktının müəyyən edilməsi vərəsəlik məsələlərin həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi əmisi oğludur. Övladı 1994-cü ildə anadan olub, 1995-ci ilin yanvar ayında vəfat etmiş, Yergüc qəbristanlığında dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. Qəbrin üzərində kişik daş var. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 ifadəsində göstərmişdir ki, ərizəçinin bacısıdır. Fidan Mərdəliyeva 1994-cü ilin dekabr ayında doğulmuşdur, 1995-ci ilin yanvar ayında da vəfat etmişdir. Yergüc qəbristanlığında dəfn edilmişdir. Uşaq doğularkən səhhətində problem olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 ifadəsində göstərmişdir ki, ərizəçi əmisidir. Ərizəçinin qızı Fidan 1994-cü ilin qış ayında anadan olmuşdur. Qısa müddət sonra vəfat etmişdir. Uşaq nənəsinin qəbri yanında dəfn olunmuşdur. Uşağın ölüm səbəbini bilmir. Eşidib dəfnə getmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il tаriхdə X12 ilə X13 аrаsındа nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Mərdəliyeva” soyadı verilmişdir. -Maraqlı şəxs arayışından müəyyən olunur ki, X9 xx.xx.1994-cü ildə doğulmuşdur. X4, anası X8r. -Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, Yergüc kənd sakini X7 X10 ilə birgə nigahından 1994-cü ilin dekabr ayında dünyaya gəlmiş qızı X11 1995-ci ilin yanvar ayında vəfat etmiş, Yergüc kənd qəbristanlığında dəfn olunmuşdur. -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. -«Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X24 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, 1994-cü il təvəllüdlü X6 xx.xx.1995-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1994-cü ildə doğulmuş X9 ərizəçinin qızıdır. Ərizəçi Xaçmaz rayonunda qeydiyyatdadır. X9 xx.xx.1995-ci il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində ölmüş və Xaçmaz rayonu Yergüc kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının: 1.3-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 9-cu bəndində əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1994-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuş X5 xx.xx.1995-ci il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan ərizə təmin edilməli, olmuş X5 xx.xx.1995-ci il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində ölməsi faktı müəyyən edilməlidir. X2 ölümünün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü ildə Xaçmaz rayon Yergüc kəndində anadan olmuş X5 xx.xx.1995-ci il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində ölməsi faktı müəyyən edilsin. X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar