Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2561/2021 05.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 23.01.1978-ci ildə Quba rayon Cimi kəndində anadan olmuş və Xaçmaz rayonu, Qusarçay kəndində yaşamış doğma oğlu X3 23.06.2006-ci il tarixdə vəfat etməsi faktını müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 23.01.1978-ci ildə Quba rayon Cimi kəndində anadan olmuş və Xaçmaz rayonu, Qusarçay kəndində yaşamış oğlu X5 23.06.2006-cı ildə vəfat etmiş və Xaçmaz rayonu Qusarçay kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt oğlunun adına ölüm haqqında şəhadətnamə almamış və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Oğlunun həqiqətən də 23.06.2006-cı ildə vəfat edərək Xaçmaz rayonu Qusarçay kənd qəbirstanlığında dəfn olunması qonşuların iştirakı ilə tərtib olunmuş və Xaçmaz RİHB-nin Qusarçay İƏD üzrə Nümayəndəlikdə təsdiqlənmiş 13 iyul 2021-ci il tarixli rəsmi aktla, habelə qəbir daşındaki fotoşəkil və yazılarla təsdiq olunur. Oğlu Vüqarın ölməsi barədə tibbi şəhadətnamə alınmaması, Xaçmaz rayon X4 Hüquqi Şəxsin 18.08.2021-ci il tarixli 1194 nömrəli arayışı ilə, habelə adma ölüm haqqında şəhadətnamənin alınmaması Maraqlı şəxs 30.07.2021-ci il tarixli 87 nömrəli məktubu ilə təsdiq olunur. Hazırda vərəsəlik məsələlərinin həlli ilə əlaqədar çətinlik yarandığından faktın təsdiq olunması əhəmiyyət kəsb edir. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, ərizəçini tanıyır. Onunla qonşuluqda yaşayır. Ərizəçinin oğlu Vüqar 23.06.2006-ci il tarixdə vəfat etmişdir. Vüqar dava zamanı bıçaqlanaraq öldürülüb. Vüqarı Xaçmaz rayonunun Qusarçay kənd camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn etmişlər. O, yas mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin oğlu Vüqar 23.06.2006-ci il tarixdə vəfat etmişdir. Vüqar dava zamanı bıçaqlanaraq öldürülüb. Vüqarı Xaçmaz rayonunun Qusarçay kənd camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn etmişlər. O, yas mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Xaçmaz rayon Nərəcan kəndində şahidlərin iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, ərizəçinin oğlu X7 oğlu 23.06.2006-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Qusarçay kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı 30 iyul 2021-ci il tarixli 87 saylı məktubundan görünür ki, X7 oğlunun 23.01.1978-30.07.2021-ci illər üzrə Maraqlı şəxs və Yergüc İƏV-i üzrə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X7 oğlunun göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X8 18 avqust 2021-ci il tarixli 1194 nömrəli məktubundan müəyyən olunur ki, Birliyin Xaçmaz rayon şöbəsində mərhum X5 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, 23.01.1978-ci ildə Quba rayon Cimi kəndində anadan olmuş və Xaçmaz rayonu, Qusarçay kəndində yaşamış X3 23.06.2006-ci il tarixdə vəfat etməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə hesab edir ki, 23.01.1978-ci ildə Quba rayon Cimi kəndində anadan olmuş və Xaçmaz rayonu, Qusarçay kəndində yaşamış X3 23.06.2006-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 23.01.1978-ci ildə Quba rayon Cimi kəndində anadan olmuş X3 23.06.2006-cı il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2561/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2561/2021
05.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver