Məhkəmə qərarları › İş №2(067)-257/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-257/2025

09.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-257/2025 09.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə (Maraqlı şəxs) məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1938-ci ildə Qusar rayonunun Düztahir-oba kəndində anadan olmuş X1nın 15 may 2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X1 15 may 2019-cu il tarixdə yaşadığı evdə vəfat etmişdir. O, vəfat etdikdən sonra Xaçmaz rayonunun Fərzəli-oba kəndində dəfn edilmişdir. Lakin onun səhlənkarlığı və qanunu bilmədiyindən vaxtında X1 üçün ölümü barədə həkim arayışı almamışdır. X1 15 may 2019-cu il tarixdə vəfat etməsinə baxmayaraq tibbi şəhadətnamə alınmadığından anasının ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda zərurət yarandığından ondan vəfat etmiş X2 ölüm şəhadətnaməsi tələb olundu. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etməli olub. Müraciəti əsasında Qeydiyyat Şöbəsində sənədləri nəzərdən keçirilərkən müəyyən edildi ki, o, qanunla müəyyən edilmiş müddət ərzində tibbi şəhadətnamə alaraq Qeydiyyat Şöbəsinə təqdim etmədiyindən anasının ölümü qeydə alınmamışdır. Bu səbəbdən ona anasının ölüm şəhadətnaməsinin verilməsindən imtina olundu. Bundan sonra o, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət edərək anasının ölüm barədə tibbi şəhadətnamə almaq istəmişdir. Lakin bununla əlaqədar vaxtında sənədləşmə işinin aparmadığına görə ona anasının ölümü barədə tibbi şəhadətnamənin verilməsindən imtina olundu. Ona məhkəməyə müraciət etməyi tövsüyyə edildi. X1 15 may 2019-cu il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Fərzəli- oba kənd qəbiristanlığında kənd camaatının iştirakı ilə dəfn edilmişdir. (Aktın surətini ərizəyə əlavə edirəm). Yuxarıda göstərilən səbəblərdən X1nın 15 may 2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə edir. Anası vəfat edib. Hüquqi savadsızlığından sənədi vaxtında almamışdır. Fərzəli-oba qəbirsanlığında dəfn olunmuşdur. Xahişi odur ki, ərizəsi təmin edilsin. Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, ərizəni qəbul edir. Təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tayıbov Babaş Əziz oğlu ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, qohumluğu və ədavəti yoxdur. Ərizəçi onun qonşusudur. Anası 2019-cu ilin may ayında vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. Hazırda evlərində övladları və nəvələri ilə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, qohumluğu və ədavətləri yoxdur. Onun anası 15 may 2019-cü ul tarixdə vəfat etmişdir. Dəfndə iştirak etmişdir. Qəbrin qazılmasına da kömək etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, qohumluğu və ədavətləri yoxdur. Onun anası vəfat etmişdir. Dəfndə iştirak etmişdir. Xaçmaz rayonu, Fərzəlioba kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin, maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1938-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olmuşdur. - «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X14 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, 1938-ci il təvəllüdlü X2 xx.xx.2019-cu ildə vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. - Maraqlı şəxs ərizəçiyə ünvanladığı məktubundan görünür ki, X5 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatlar üzrə yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. - Doğum haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1966cı il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında isə X5 qeyd olunmuşdur. - Aktdan müəyyən olunur ki, X5 xx.xx.2019-cu il tarixində Xaçmaz rayon Fərzəlioba kəndində vəfat etmişdir və Xaçmaz rayon Fərzəlioba kənd qəbristanlığında dəfn edilmişdir. - Fotoşəkildən müəyyən olunur ki, X5 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin anası 1938ci il təvəllüdlü X5 xx.xx.2015-ci il tarixdə Xaçmaz rayon Fərzəlioba kəndində vəfat etmişdir və Xaçmaz rayon Fərzəlioba kənd qəbristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun oğlu olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1938-ci il tarixdə Qusar rayonu Düztahir-oba kəndində anadan olmuş X2 15 may 2019-cu il tarixdə Xaçmaz rayonun Fərzəlioba kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar