Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-259/2022 18.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 18 yanvar 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 15 may 1937-ci il tarixdə Quba rayonunda doğulmuş atası X4 26.04.2003-cü il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 26 aprel 2003-cü ildə atası X16 rayonu Hacıisa oba kəndində vəfat etmiş və 27 aprel 2003-cü ildə həmin kənd qəbristanlığında dəfn edilmişdir. Lakin səhlənkarlığı, savadsızlığı və qanunu bilmədiyindən atasının ölümü barədə həkim arayışı almamışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, ərizəçinin atası ilə onun atası əmioğludur. Ərizəçinin atası Bədəl 2003-cü ildə xəstəlikdən vəfat edib. Dəfndə və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həm qohum, həm də qonşu olmuşdur. Ərizəçinin atası Bədəl 2003-cü ilin aprel ayında vəfat etmişdir. Dəfndə və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 şahid Firuz Babayevin ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarından müəyyən olunur ki, X11 (Aydabəy) oğlu 1937-ci ildə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi atası X7, anası X2 qeyd edilmişdir. İş materiallarından görünür ki, ərizəçi X11 (Aydabəy) oğlunun qohumudur. İş materiallarında olan 27.08.2021-ci il tarixdə Firuz Babayevin, Elşad Aşurovun, İlham Babayevin və Elçin Seyidməmmədovun iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, X11 (Aydabəy) oğlu 26 aprel 2003-cü il tarixdə Hacıisa oba kəndində mədə xərçəngindən vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı 03.09.2021-ci il tarixli məktubundan görünür ki, X11 (Aydabəy) oğlu barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X11 (Aydabəy) oğlu barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X13 07.09.2021-ci il tarixli 1302 nömrəli məktubundan müəyyən olunur ki, 1937-ci il təvəllüdlü X11 (Aydabəy) oğlunun adına 26.04.2003-cü il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Maraqlı şəxs 13.01.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon Qımıl-qışlaq icra nümayəndəliyində 16.05.1979-cu il tarixdə tərtib edilmiş 46 saylı doğum akt qeydində valideynlər haqqında məlumatlar qrafasında ata X7, ana X2 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X5 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 1937-ci il təvəllüdlü X11 (Aydabəy) oğlunun 26 aprel 2003-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə X11 (Aydabəy) oğlunun ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-259/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-259/2022
18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver