Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-261/2023 17.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X4 məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1969-cu ildə Quba rayonu Qırız kəndində anadan olmuş və Xaçmaz rayonu Pirqulu-oba kəndində yaşamış əri X2 xx.xx.2022-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci ildə X5 ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Həyat yoldaşı xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonu, Pirquloba kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt həyat yoldaşı öləndən sonra ölməsi barədə şəhadətnamə almamışlar. Hazırda vərəsəlik işinin həll olunması üçün ölüm haqqında şəhadətnamə tələb olunur. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır. Eyni kənddəndirlər. Qonşu olmuşlar. Xanımın yoldaşını da tanıyır, vəfat edib. Ürək xəstəliyindən dünyasını dəyişib. Yas mərasimində də işrtirak edib. Yas kənddə olub. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, xanımla eyni kənddəndir. Ailəli idi, indi yoldaşı vəfat edib. Yoldaşının adı Məzahir idi. Ürək tutmasından dünyasını dəyişib. Mart ayının 15-də vəfat edib. O, kənddə idi, xəbər gəldi ki, Məzahir rəhmətə gedib. Dəfn mərasimində də iştirak edib. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1965-ci ildə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 ilə Ərizəçi xx.xx.1991-ci ildə nikaha daxil olublar. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı 18 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, X5 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıbalınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X11 xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon Pirqulu-oba kənd sakini olmuş 1969-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, ərizəçi, X2 arvadıdır. İş materiallarında olan Hikmət Məlikovun, Nizaməddin Ağabəyovun və Taryel Ağabəyovun iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayon Pirqulu-oba kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X5 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1969-cu ildə Quba rayonu Qırız kəndində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qasımova
Məhkəmə qərarları › İş №2(067)-261/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-261/2023
17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver