Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2611/2022 19.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində cəlb etməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 1928-ci ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuş atası Həsrətov Hacıqulu (Hacqulu) Abdulla oğlunun 22 fevral 1987-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi şifahi vəsatət verərək işin şahidlərin və maraqlı şəxsin olduğu yer üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(001)-412/2022 nömrəli qərardadı ilə iş üzrə şahidlərin Xaçmaz rayonunda olmasına, onların yaşlı olmasına, ifadə vermələri üçün Bakı şəhərinə gəlmələrində çətinliklər yaranacağına, maraqlı şəxsin Xaçmaz rayonunda yerləşməsinə görə mülki iş baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə Xaçmaz Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. İddia ərizəsindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə məlumatdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, hazırki ərizə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədədir və deməli, bu ərizəyə Ərizəçi qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Ərizə üzrə şahidlərin Xaçmaz rayonunda yaşamaları və maraqlı şəxsin Xaçmaz rayonunda yerləşməsi işə Xaçmaz Rayon Məhkəməsində baxılmalı olmasına əsas ola bilməz. Belə ki, şahidlərin yaşlı olmaları, onların Xaçmaz rayonunda yaşamaları, eləcə də maraqlı şəxsin Xaçmaz rayonunda yerləşməsinə görə ərazi aidiyyətinin dəyişdirilməsi prosessual qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olduğundan işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən ərizəçinin olduğu yerdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair 2(067)-2611/2022 saylı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2611/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2611/2022
19.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver