Məhkəmə qərarları › İş №2(067)-2630/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2630/2021

17.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2630/2021 17.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, ərizəçi X3 iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi barədə mülki işə 17 dekabr 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X2nun 24.01.2001-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o,xx.xx.1954-ci ildə anadan olmuşdur. X2, anası isə X4r. Atası 24.01.2001-ci il tarixdə Xaçmaz rayonunun Ləcət kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Atasının ölümündən sonra ondan miras qalan əmlakı mülkiyyətinə keçirmək istəyəndə məlum olmuşdur ki, atasının ölüm haqqında şəhadətnamə yoxdur. Atasının ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət edəndə, həkim arayışı olmadığına görə onun ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq aktı kənd sakinlərinin imzalaladıqlarını və həmçinin ərizəsində göstərilən halların şahidlərinin təsdiq edə biləcəklərini göstərmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində ərizəçinin onun qonşusu olduğunu, qohumluqlarının olmadığını və münasibətlərinin yaxşı olduğunu göstərmişdir. Ərizəçinin atası Maqsud Maqsudov qocalığı ilə əlaqədar 24.01.2001-ci ildə vəfat etmiş və onu yaşadıqları Xaçmaz rayonunun Ləcət kənd qəbiristanlığında dəfn etmişlər. O, qonşu kimi ərizəçinin atasının dəfn və yas mərasimlərində iştirak etmişdir. Ərizəçinin atası sağlığında onun müəllimi olmuşdur. Ərizəçinin X2nun 24.01.2001-ci ildə vəfat etdiyini və Ləcət kənd qəbiristanlığında dəfn edildiyini təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İ-JQ seriyalı 436864 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.1954-ci il tarixdə Xaçmaz rayonunun Ləcət kəndində anadan olmuşdur. İş materiallarında olan İX-JQ seriyalı 696381saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 1919-cu il tarixdə Qusar rayonunun Ləcət kəndində anadan olmuşdur. İş materiallarında olan 09.07.2021-ci il tarixli arayışdan müəyyən olunur ki,1919-cu il təvəllüdlü X1 rayonunun Ləcət kəndində yaşamış və 24.01.2001-ci ildə vəfat etmiş, həmin kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbrin fotoşəkili X6 24.01.2001-ci il tarixdə vəfat etməsini təsdiq edir. İş materiallarında olan Maraqlı şəxs 07.05.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, X9 barəsində ümumrespublika elektron məlumatı ilə yoxlanılmış, 24.01.1994- 24.01.2021-ci illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının 08.09.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonunun Ləcət kəndində yaşamış 1919-cu il təvəllüdlü X6 adına 2001-ci il tarixdə vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Xaçmaz rayon Ləcət kənd sakinləri X7, X5 və X10 tərəfindən tərtib olunmuş 21.04.2021-ci il tarixli aktdan müəyyən olunur ki, X9 24.01.2001-ci il tarixdə Xaçmaz rayonunun Ləcət kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan 07.05.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizənin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi mərhum X2nun 24.01.2001-ci il tarixdə Xaçmaz rayonunun Ləcət kəndində vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Buna görə də, məhkəmə ərizənin təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin 1919-cu il təvəllüdlü mərhum X2nun 24.01.2001-ci il tarixdə Xaçmaz rayonunun Ləcət kəndində vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1919-cu il təvəllüdlü mərhum X2nun 24.01.2001-ci il tarixdə Xaçmaz rayonunun Ləcət kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar