Məhkəmə qərarları › İş №2(067)-2656/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2656/2021

11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2656/2021 11.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Ərizəçi Abdulrkərimova Təbarikə Abdul qızının iştirakı ilə, Abdulrkərimova Təbarikə Abdul qızının şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayin məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abdulrkərimova Təbarikə Abdul qızı məhkəməyə ərizə ilə müraciət edərək qaynanası X2 1985-ci ilin mart ayında Şabran rayonu Zeyvə kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abdulrkərimova Təbarikə Abdul qızı ərizəsini onunla əsaslandırmışdır ki, qaynanası X1 rayonu Zeyvə kəndində vəfat etmişdir və Zeyvə kənd qəbristanlığında dəfn edilmişdir. Onun ölümü Qeydiyyat Orqanında qeydiyyata alınmamışdır. Zərurət yarandığından qaynansının ölüm haqqında şəhadətnaməsini almaqdan ötəri, Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəfindən müəyyən olunmuş müddət ötürüldüyündən ölüm şəhadətnamədinin verilməsindən imtina edildi və məhkəməyə müraciət etməyi tövsüyyə edildi. Bir daha qeyd edir ki, qaynanası X2 1985-ci ilin mart ayında Şabran rayonu Zeyvə kənd camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn edilmişdir. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında ərizəçi Abdulrkərimova Təbarikə Abdul qızı ərizədə yazılanları müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abdulkərimova Sənubər Həmid qızı ifadə verərək göstərmişdir ki, ərizəçini tanıyır. Onun qaynanası X3 onun babasının qardaşının arvadı olmuşdur. X3 vəfat edəndə onun 26 yaşı var idi. Onun övladları var, lakin RF-da yaşayırlar. X3 1985-ci il tarixdə vəfat edib və yaşadığı Şabran rayonu Zeyvə kənd camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, ərizəçini tanıyır. Onun qaynanası X3 onun kəndiçi olub. X3 1985-ci il tarixdə vəfat edib və yaşadığı Şabran rayonu Zeyvə kənd camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin və şahidin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Şabran rayonu Zeyvə kəndində şahidlərin iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, ərizəçinin qaynanası X3 1985-ci ildə vəfat etmiş və Şabran rayonu Zeyvə kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 31 avqust 2021-ci il tarixli 55 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Şabran rayon Mərkəzi Xəstəxanası» X13 31 avqust 2021-ci il tarixli 3191 nömrəli məktubundan müəyyən olunur ki, Birliyin Şabran rayon şöbəsində mərhum X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, X2 Şabran rayonu Zeyvə kəndində 1985-ci ildə vəfat etməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə hesab edir ki, X2 1985-ci ildə Şabran rayonu Zeyvə kəndində vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X2 1985-ci ildə Şabran rayonu Zeyvə kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar