Məhkəmə qərarları › İş №2(067)-2674/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2674/2021

03.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2674/2021 03.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə , məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 02.07.1995-ci il təvəllüdlü mərhum X1nun 13.01.1996-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdə, X1 isə 02.07.1995-ci il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşlar. X1 13.01.1996-cı il tarixdə qəflətən vəfat etmişdir. Onu yaşadıqları Xaçmaz rayonunun Yergüc kəndində dəfn etmişlər. Lakin qardaşının vəfatından sonra onun savadsızlığına və səhlənkarlığına görə vaxtında bu barədə həkim arayışı alınmamış və qardaşının ölümü Qeydiyyat şöbəsində qeydə alınmamışdır. Qardaşının vəfat etməsini qonşuları təsdiq edə bilərlər. Hazırda vərəsəlik məsələləri ilə əlaqədar qardaşının ölüm haqqında şəhadətnaməsinin alınması zəruridir. Qardaşının ölüm haqqında şəhadətnaməsinin verilməsi ilə əlaqədar Xaçmaz Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə onun ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq qardaşının körpə ikən vəfat etdiyini, onun nədən vəfat etdiyini bilmədiyini, həmçinin ərizəsində göstərilən halları şahidlərinin təsdiq edə biləcəklərini göstərmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, ərizəçi onun qonşusudur, qohumluqları yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin X1 02.07.1995-ci ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuş və 13.01.1996-cı ildə körpə ikən qəflətən vəfat etmişdir. Onu Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında dəfn etmişlər, o özü də qonşu kimi dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X5 şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan XVİİ-JQ seriyalı 258242 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 20.04.2021-ci il tarixli doğum haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, X3 02.07.1995-ci il tarixdə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur. İş materiallarında olan qəbrin fotoşəkli X2 vəfat etməsini təsdiq edir. İş materiallarında olan Maraqlı şəxs 15.09.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, X3 barəsində umumrespublika elektron məlumatı ilə yoxlanılmış, 02.07.1995- 11.06.2021-ci illər üzrə ölüm aktı qeydi aşkar olunmamışdır. İş materiallarında olan şahidlərin imzası ilə təsdiq olunmuş 21.05.2021-ci il tarixli aktdan müəyyən olunur ki, X3 13.01.1996-cı il tarixdə qəflətən vəfat etmiş, onu yaşadıqları Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında dəfn etmişlər. İş materiallarında olan 25.06.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizənin verilməsi ilə əlaqədar 10(on) manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi 02.07.1995-ci il təvəllüdlü mərhum X1nun 13.01.1996-cı il tarixdə vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Buna görə də, məhkəmə ərizənin təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin 02.07.1995-ci il təvəllüdlü mərhum X1nun 13.01.1996-cı il tarixdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi 02.07.1995-ci il təvəllüdlü mərhum X1nun 13.01.1996-cı il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar