Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2683/2021 29.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi 1954-cü il təvəllüdlü anası X1 müəyyən vaxtda, müəyyən şəraitdə ölüm yeri faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığındandan, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş AZ-İİ 159632 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 05.03.2009-cu il tarixdə “beynə qansızma” nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-də artıq öz təsdiqini tapmış faktın yenidən hüquqi fakt kimi müəyyən edilməsi nəzərdə tutulmamışdır.Bununla yanaşı ərizəçi ərizədə anasının hansı şəraitdə və nə vaxt vəfat etməsinin müəyyən edilməli olduğunu, hüquqi faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu göstərməmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq isra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məsəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədcə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Məhkəmənin 01 iyul 2021-ci il tarixli, 2 (067)-1882/2021 saylı və 29 iyul 2021-ci il tarixli, 2(067)-2150 saylı qərardadları ilə ərizəçinin eyni məzmunlu ərizəsinin qeyd edilən əsaslara görə yolverilməz hesab edilməsinə baxmayaraq, ərizəşi yenidən eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi 1954-cü il təvəllüdlü anası X1 müəyyən vaxtda, müəyyən şəraitdə ölüm yeri faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2683/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2683/2021
29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver