Məhkəmə qərarları › İş №2(067)-2687/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2687/2020

23.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2687/2020 23.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı Cavabdeh qarşı payların müəyyən olunması və naturada bölünməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh qarşı payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini araşdıraraq müəyyən etdim ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin surəti məhkəməyə göndərildiyindən və həmin surət keyfiyyətsiz olduğundan ərizənin tam oxunması mümkün deyil. Bununla yanaşı iddia ərizəsinin sonunda həm surəti çıxarılmış vərəqdə olan 2 ədəd imza, həm də tünd göy rəngli qələmlə çəkilmiş 2 ədəd imzalar olduğu üçün sənədin həqiqiliyini, onun iddiaçı və ya başqa şəxs tərəfindən imzalandığını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.2-ci və 152.1.6-cı maddələrinin tələblərinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsi geri qaytarıldığına görə iddia ərizəsi verilərkən Kapital Bank ASC-nin Xaçmaz filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdeh qarşı payların müəyyən olunması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ vardır. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçı tərəfindən iddia ərizəsi verilərkən Kapital Bank ASC-nin Xaçmaz filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar