Məhkəmə qərarları › İş №2(067)-2711/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2711/2024

11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2711/2024 11.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 1941-ci ildə Xaçmaz rayonu, Krasnı-Xutor kəndində anadan olmuş həyat yoldaşı X9 xx.xx.2000-ci il tarixdə Xaçmaz rayonu, Krasnı-Xutor kəndində yaşadığı evdə vəfat etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, həyat yoldaşı X13 1941-ci ildə Xaçmaz rayonu, Krasnı- Xutor kəndində anadan olmuşdur. Mərhum X2 rayonu, Krasnı-Xutor kəndində onlara məxsus evdə yaşamışdır. X13 xx.xx.2000-ci il tarixdə yaşadığı Xaçmaz rayonu, Krasnı-Xutor kəndində vəfat etmişdir, o həyat yoldaşının dəfn mərasimini keçirmiş və X5nu Xaçmaz rayonu, Krasnı-Xutor kənd qəbiristanlığında dəfn etmişlər. Ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, lakin oradan məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. İş üzrə Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək xx.xx.1938-ci il təvəllüdlü mərhum əri X9 xx.xx.2000-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 17 yaşında ailə qurmuşdur. Əri 2000-ci ildə astma xəstəliyindən vəfat edib. 5 övladı var, 2 övladı vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə torpaq sənədinin həll edilməsi üçün lazımdır. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin əri xəstəlikdən vəfat edib, vəfat etdiyi ili xatırlamır. Yas mərasimlərində iştirak etmişdir. Ərizəçinin 5 övladı var, onlardan ikisi vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, ərizəçinin əri Sabir onunla qonşu olub. Sabir xəstəlikdən vəfat edib. Dəfndə iştirak etmişdir. Uşaqları var, oğlanlarının ikisi vəfat edib. Qəbirüstü baş daşında şəkli var. Sabir təxminən 20 il olar ki, ölüb. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin əri Sabiri tanımışdır, dəfnində iştirak etmişdir. Qəbrini də özü qazmışdır. Sabir təxminən 20 il olar ki, ölüb. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1969-cu il tаriхdə X13 ilə X3 аrаsındа nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Mahmudova” soyadı verilmişdir. -Doğum haqqında şəhadətnaməyə əsasən X13 10 oktyabr 1938-ci ildə doğulmuşdur. -X6, X4, X7 iştirakı tərtib edilmiş aktdan görünür ki, həqiqətən də X5 vəfat edən günədək onlarla qonşu olmuşdur, Xaçmaz rayonunun Məçidoba kəndində yaşamışdır və 30 aprel 2000-ci ildə Məçidoba kəndində vəfat etmişdir. Onların yaşadığı kənd Şıxlı olsa da, evləri Məçidoba kənd sakini X9 yaşadığı evlə yan-yana yerləşir. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 1941-ci ildə Xaçmaz rayonu, Krasnı-Xutor kəndində anadan olmuş X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. -İddianın dəqiqləşdirilməsi barədə Ərizəçi ərizəsindən müəyyən olunur ki, məhkəməyə ərizə təqdim edərək xx.xx.1938-ci il təvəllüdlü mərhum əri X9 xx.xx.2000-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. -Məhkəmənin göndərdiyi sorğuya əsasən alınmış Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1938-ci ildə Xaçmaz rayonu, Krasnı-Xutor kəndində anadan olmuş X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. -«Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X20 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, 1941-ci il təvəllüdlü X9 xx.xx.2000-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. -Xaçmaz RİHB-nın Uzunoba kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 338 nömrəli arayışından görünür ki, X13 həqiqətən xx.xx.2000-ci il tarixədək Xaçmaz rayonunun Məçidoba kəndində yaşamışdır və həmin tarixdə yaşadığı ünvanda vəfat etmişdir. -Fotoşəkildən görünür ki, X13 adlı şəxsə məzar daşı qoyulmuşdur. Məhkəmə qeyd edir ki, barəsində ərizə verilmiş şəxsin doğum haqqında şəhadətnaməsi və evlənmə haqqında şəhadətnaməsində onun doğum tarixi 10 oktyabr 1938-ci il tarixi göstərilmişdir. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 1938-ci ildə doğulmuş X13 ərizəçinin əridir. Ərizəçi Xaçmaz rayonunda qeydiyyatdadır. X13 xx.xx.2000-ci il tarixdə Xaçmaz rayonu, Krasnı-Xutor kəndində ölmüş və həmin kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının: 1.3-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 9-cu bəndində əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1938-ci ildə Xaçmaz rayonunun Krasnı Xutor kəndində anadan olmuş X9 xx.xx.2000-ci il tarixdə Xaçmaz rayonunun Krasnı Xutor kəndində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan ərizə təmin edilməli, X9 xx.xx.2000-ci il tarixdə Xaçmaz rayonunun Krasnı Xutor kəndində ölməsi faktı müəyyən edilməlidir. X1 ölümünün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1938-ci il təvəllüdlü X9 xx.xx.2000-ci il tarixdə Xaçmaz rayonu, Krasnı-Xutor kəndində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar