Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2723/2021 29.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X1nun 10 aprel 1992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1964-cü il tarixdə anadan olmuşdur. X1 10 aprel 1992-ci il tarixdə vəfat etmişdir. Lakin onun səhlənkarlığı, savadsızlığı və qanunu bilmədiyindən vaxtında X1 üçün ölümü barədə həkim arayışı almamışdır. X1 10 aprel 1992-ci il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümü Qeydiyyat Orqanında qeydiyyata alınmamışdır. Zərurət yarandığından atasının ölüm haqqında şəhadətnaməsini almaqdan ötəri, Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəfindən müəyyən olunmuş müddət ötürüldüyündən ölüm şəhadətnamədinin verilməsindən imtina edildi və məhkəməyə müraciət etməyi tövsüyyə edildi. Bir daha qeyd edir ki, atamsı X4 10 aprel 1992-ci il tarixdə vəfat edib və yaşadığı Xaçmaz rayonunun Qımıl-qışlaq kənd camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn edilmişdir, (aktı, mərhum atasının vəsiqəsinin surətini ərizəyə əlavə edir). Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, ərizəçini tanıyır. Onunla bacanaqdır. Ərizəçinin atası, yəni onun qaynatası X4 10 aprel 1992-ci il tarixdə vəfat edib və yaşadığı Xaçmaz rayonunun Qımıl-qışlaq kənd camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn edilmişdir. O, yas mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, ərizəçi ilə qohumdurlar. Ərizəçinin atası X4 10 aprel 1992-ci il tarixdə vəfat edib və yaşadığı Xaçmaz rayonunun Qımıl-qışlaq kənd camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn edilmişdir. O, yas mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Xaçmaz rayon Nərəcan kəndində şahidlərin iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, ərizəçinin X1 10 aprel 1992-ci ildə vəfat etmiş və Xaçmaz rayonunun Qımıl-qışlaq kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı 15 sentyabr 2021-ci il tarixli 89 saylı məktubundan görünür ki, Seyidəmmədov Seyidəmməd Comərd oğlunun 01.01.1945-15.09.2021-ci illər üzrə Maraqlı şəxs və Yergüc İƏV-i üzrə ölümü qeydə alınıbalınmaması yoxlanılmışdır. Seyidəmmədov Seyidəmməd Comərd oğlunun göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X12 21 sentyabr 2021-ci il tarixli 1403 nömrəli məktubundan müəyyən olunur ki, Birliyin Xaçmaz rayon şöbəsində mərhum Seyidəmmədov Seyidəmməd Comərd oğlu barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, 1929-cu ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olmuş Seyidəmmədov Seyidəmməd Comərd oğlunun 14 aprel 1992-ci ildə vəfat etməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə hesab edir ki, 1929-cu ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan Seyidəmmədov Seyidəmməd Comərd oğlunun 14 aprel 1992-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 1929-cu ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olmuş Seyidəmmədov Seyidəmməd Çomərd oğlunun 14 aprel 1992-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2723/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2723/2021
29.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver