Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2780/2023 24.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, əri xx.xx.1960-cı il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonunun Ləcət kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 06 mart 1984-cü il tarixdə rəsmi nikah bağlamaqla vət. X6 ilə ailə həyatı qurmuşdur. Əri F.İ.Vəlixanov xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonunun Ləcət kəndində vəfat etmiş və Ləcət kənd qəbiristanlığında dəfn olunmuşdur. Səhlənkarlığından o, vaxtında həkimə müraciət edərək ərinin ölümü haqqında tibbi arayışı almamışdır. Bu səbəbdən də Maraqlı şəxs mərhum ərinin adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edir. Belə ki, o, mərhum ərinin adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, həmin şöbənin rəisi Ü.Baxışovanın imzası ilə ona xx.xx.2023-cü il tarixli, 05/3-13-367/2023 saylı məktubla cavab verilmişdir ki, Sizin Maraqlı şəxsnə ünvanladığınız ərizənizə mahiyyəti üzrə baxılmışdır, vəfat etmiş yoldaşınız X6 barəsində xx.xx.2022-ci xx.xx.2023-cü illər üzrə Maraqlı şəxs üzrə ölümü qeydə alınıb-ahnmaması yoxlanılmışdır. X6 barəsində xx.xx.2022-ci xx.xx.2023-cü illər üzrə Xaçmaz rayon barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatın yoxlama aparılmışdır. Ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X15 direktoru Səyyaf Tağıyevin xx.xx.2023-cü il tarixli, PHŞ- 6-43/2-2534/2023 saylı arayışında qeyd olunur ki, Xaçmaz rayon sakini olmuş xx.xx.1960cı il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə vəfatı barədə “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi haqqında Xaçmaz RMX-da heç bir məlumat yoxdur. X2 həqiqətən də xx.xx.2023-cü il tarixdə Xaçmaz ravonun Ləcət kəndində vəfat etməsi Xaçmaz rayonun kənd qəbristanlığında dəfn olunması kand sakinlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla da təsdiq olunur. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirmişdir ki, əri 2023-cü il 6 mart tarixində dünyasını dəyişib. Uzun müddətdir ki, xəstə idi. Kənddə rəhmətə gedib, kənd qəbrstanlığında dəfn olunub. Hansı qəbrstanlıqda dəfn olunması ilə bağlı arayışı təqdim edəcək. Uzun müddətdir ki, xəstə idi. Əri vəfat edəndə o, da xəstə idi, üstəlik tək qadındır. Ona görə də ölüm haqqında şəhadətnamə üçün müraciət edə bilməmişdir. İşlə bağlı şahidləri də var. Şahidlərdən biri baldızı, biri qaynının oğlu, biri isə qardaşı oğludur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, Fikrət onun qardaşıdır. Neçə müddətdir ki, ağ ciyər xəstəliyindən əziyyət çəkirdi. Buna görə Bakıda da müalicə alırdı. Mart ayının 7-sində dünyasını dəyişib. Xaçmaz rayonu, Ləcət kəndində dəfn olunub. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, Fikrət onun əmisi olub. Mart ayının 6-sında səhər saatlarında evdə dünyasını dəyişib. Onkoloji xəstəlikdən əziyyət çəkirdi. Xaçmaz rayonu, Ləcət kəndində dəfn olunub. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, Fikrət onun dayısı olub. Xəstə idi. Ağ ciyərlərində problemi var idi. Xaçmaz rayonu, Ləcət kəndində dəfn olunub. Dəfninfə özü iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1960-cı ildə Xaçmaz rayonu Ləcət kəndində anadan olmuşdur. İş materiallarında olan Arayışdan müəyyən olunur ki, X6 ilə Ərizəçi arasında nikah xx.xx.1984-cü ildə bağlanmışdır. Nikahdan sonra qadın Vəlixanova soyadını qəbul etmişdir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X15 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon sakini olmuş xx.xx.1960-ci il təvəllüdlü X3 xx.xx.2023-cü ildə vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Maraqlı şəxs arayışından görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan aktdan müəyyən olunur ki, X6 xx.xx.2023-cü ildə vəfat etmişdir. İş materiallarından görünür ki, Ərizəçi X3 arvadıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin əri xx.xx.1960-cı il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonunun Ləcət kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun arvadı olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Xaçmaz rayonu Ləcət kəndində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonu Ləcət kəndində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2780/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2780/2023
24.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver