Məhkəmə qərarları › İş №2(067)-2877/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2877/2024

24.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2877/2024 24.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi onunla Maraqlı şəxs arasında 22 fevral 2024-cü il tarixdə Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 iştirakı ilə imzalanmış ******* nömrəli barışıq sazişinin təsdiq edilməsi, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 100 manat məbləğində pulun Maraqlı şəxs alınaraq ona verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 2020-ci il tarixdə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşdur. Faktiki nikah münasibətindən 30 noyabr 2021-ci il təvəllüdlü X7 anadan olmuşdur. Uşağın barəsində Maraqlı şəxs atalığı müəyyən olunmuşdur. Sonradan Maraqlı şəxs ilə münasibətləri uyğun gəlmədiyi üçün faktiki olaraq ayrılmışlar. Azyaşlı övladı, 30 noyabr 2021-ci il təvəllüdlü X7 onun himayəsindədir. O, övladına valideynlərinin köməkliyi ilə baxmışdır. Maraqlı şəxs övladının saxlanılması üçün ona heç bir köməklik göstərməmişdir. Uşağın saxlanılması onun kimi Maraqlı şəxs da valideynlik vəzifəsi olduğundan və o, bu vəzifəsini yerinə yetirmədiyindən, 30 noyabr 2021-ci il təvəllüdlü övladı X1 üçün Maraqlı şəxs qarşı alimentin alınması tələbi ilə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxs ilə aralarında 22 fevral 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən faktiki ailə münasibətindən doğulmuş 30 noyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 01 mart 2024-cü il tarixdən başlayaraq hər ay 400 manat məbləğində alimentin ona verilməsinə razılaşmışdır. Bundan sonra cavabdeh yalnız 2024cü ilin mart ayı üçün barışıq sazişində qeyd edilən aliment məbləğini tam, yəni 400 manat məbləğində ödəmiş, qalan 5 ay ərzində isə barışıq sazişinin tələblərini pozaraq hər ay sadəcə 200 manat məbləğində aliment ödəmişdir. Qalan aliment borcunu isə bu günə kimi ödəməmiş, öz hərəkətləri ilə barışıq sazişində nəzərdə tutulmuş aliment məbləğini ödəməyəcəyini göstərməyə başlamışdır. Cavabdeh işləyir və barışıq sazişində nəzərdə tutulmuş aliment məbləğini ödəməsi üçün yetərli səviyyədə əmək haqqı və digər gəlirləri mövcuddur. Lakin barışıq sazişini icra etməkdən boyun qaçırır. Hər ay aliment məbləğini kəsərək az miqdarda aliment ödəməsi uşağın saxlanılması üçün kifayət etmir. Göründüyü kimi barışıq sazişinin məhkəmə qərarı olmadan icrasında çətinliklə qarşılaşmışdır. Ona görə də mediasiya prosesində aralarında bağlanmış 22 fevral 2024-cü il tarixli Barışıq Sazişinin məhkəmə qaydası edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Maraqlı şəxs ilə arasında bağlanan barışıq sazişinin 8-ci bəndinə əsasən saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə bildirmişdir ki, ərizəçi qızıdır. Qızı ilə Maraqlı şəxs 2020-ci ildə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. Birgə faktiki nikahdan 30 noyabr 2021-ci il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflər xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışlar və uşaq hazırda qızının himayəsindədir. Qızı Maraqlı şəxs qarşı aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmiş və mediasiya prosesində aralarında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən birgə faktiki nikahlarında olan X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 400 manat məbləğində alimentin tuutlması ilə razılaşmışdır. Bundan sonra cavabdeh 2024-cü ilin mart ayından 400 manat aliment ödəmiş, qalan 5 ay ərzində isə sadəcə 200 manat məbləğində ödənişlər etmişdir. Qalan aliment borcunu isə bu günə kimi ödəməmişdir. Cavabdeh işləyir və barışıq sazişində nəzərdə tutulmuş aliment məbləğini ödəməsi üçün yetərli əmək haqqı alır. Lakin barışıq sazişini icra etməkdən boyun qaçırır. Ona görə də barışıq sazişinin təsdiqlənməsi zərurəti yaranmışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şabran rayonunda Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 iştirakı ilə imzalanmış xx.xx.2024-cü il tarixli ******* nömrəli barışıq sazişindən müəyyən olunur ki, mediasiya prosesində tərəflərin birgə faktiki nikah dövründə doğulmuş 30 noyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi 01 mart 2024-cü il tarixdən başlayaraq hər ay 400 manat məbləğində alimentin ona verilməsinə razılaşmışdır. Həmin Sazişin 6-cı bəndinə əsasən Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Sazişin 8-ci bəndinə əsasən Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Sazişin 9-cu bəndinə əsasən Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. Məhkəmə araşdırması zamanı ərizəçinin nümayəndəsinin izahatından müəyyən olunmuşdur ki, cavabdeh barışıq sazişini bağladıqdan sonra yalnız 2024-cü ilin mart ayı üçün barışıq sazişində qeyd edilən aliment məbləğini tam, yəni 400 manat məbləğində ödəmiş, qalan 5 ay ərzində isə barışıq sazişinin tələblərini pozaraq hər ay sadəcə 200 manat məbləğində aliment ödəmişdir. Qalan aliment borcunu isə bu günə kimi ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ : Ərizə təmin edilsin. Şabran rayonunda Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış “Tərəflər” birgə faktiki nigah dövründə dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs, birinci tərəf X5 xx.xx.2024 - cü başlayaraq hər ay 400 (dörd yüz) manat olaraq aliment ödəməyə etiraz etmir, Aliment kart, bank və ya nağd formada olacaq” məzmunda xx.xx.2024-cü il tarixli ******* nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar