Məhkəmə qərarları › İş №2(067)-297/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-297/2023

20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-297/2023 20.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçiu məhkəməyə ərizə ilə müraciət edərək, 1942-ci ildə Xudat rayonu Seyidli kəndində doğulmuş və Xaçmaz rayonu Seyidlikəndyeri kəndində yaşamış doğma atası X1 xx.xx.1998-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddianı müdafiə edir. Atası rəhmətə gedəndə ölüm kağızı almamışlar. Almamaqlarına səbəb hüquqi savadlarının olmaması olmuşdur. Bu haqda da heç, kim heç nə deməyib. İki bacı, üç qardaşdırlar. Amma onlar da savadlı deyillər, bu səbəbdən ölüm kağızını vaxtında almamışlar. Daha sonra torpaqla bağlı sənəd dəyişilməli olduğu üçün məhkəməyə müraciət etmişdir. Xahiş edir ki, ərizəsi təmin edilsin. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəçinin izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan Xaçmaz rayon Seyidlikəndyeri kənd İƏD-nin nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 229 saylı arayışdan müəyyən olunur ki, X3 20 iyun 1998-ci il tarixdə Xaçmaz rayon Seyidlikəndyeri kəndndə yaşadığı evdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1972-ci ildə anadan olmuş, atası X3, anası X2r. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X1 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X8 xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz şəhər sakini 1942-ci il təvəllüdlü X1 xx.xx.1998ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur İş materiallarında olan AKTdan müəyyən olunur ki, 1942-ci il təvəllüdlü X3 xx.xx.1998-ci il tarixdə xəstəlikdən vəfat etmiş və Xaçmaz rayon Seyidlikəndyeri kəndində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır. Qardaşının həyat yoldaşıdır. Atasını da tanıyır. Maxsud kişidir. Atası vəfat edib. Onlar elçi gedərkən sağ idi. Xəstə olduğu üçün, həm də yaşlı olduğundan vəfat edib. Yas mərasimində də iştirak etmişdir. Özü həm də molladır. Yas mərasimində bir qohum kimi iştirak etmişdir. İş materiallarından görünür ki, ərizəçi X1 qızıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadəsi ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 1942-ci ildə Xudat rayonu Seyidli kəndində anadan olmuş Nudurəliyev Maxsud( Maqsud) Ramazan oğlunun 20 iyun 1998-ci il tarixdə Xaçmaz rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X5 (Maqsud) Ramazan oğlunun ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar