Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3/2023 07.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X3 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən onun mülkiyyətinə verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ******* seriya nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Nabran kəndi ərazisində olan 0,10 ha torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən alınmaqla torpağın texniki pasportda göstərilən plan cizgiləri daxilində bütövlüyünün təmin olunması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, işə əlavə edilmiş qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7.-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Cavabdeh vəfat etdiyindən iş üzrə icraata xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-3/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3/2023
07.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver