Məhkəmə qərarları › İş №2(067)-303/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-303/2023

10.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-303/2023 10.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ HakimQasımova Vüsalə Yadigar qızınınsədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə təbriz qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi və sair tələbə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Yergüc bələdiyyəsinin qanuni olaraq mülkiyyətində olan, cavabdehin istifadən etdiyi torpaq sahəsinin qarşısından keçən Bələdiyyəyə məxsus ümumi istifadəddə olan yolun zəbtdən azad edilməsi, zəbt edilmiş yolun tam boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən alınaraq yolun bərpa edilməsi, cavabdeh tərəfindən mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və onun tərəfindən törədilən maneçiliklərin aradan qaldırılması, habelə ödənilmi dövlət rüsumunun alınaraq Bələdiyyənin hesabına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsədə onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki,iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar