Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3109/2024 09.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1950-ci ildə Xaçmaz şəhərində anadan olan X2nın 29 yanvar 2023-cü il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1950-ci ildə Xaçmaz şəhərində anadan olan X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Lakin onun səhlənkarlığı, savadsızlığı və qanunu bilmədiyidən vaxtında X2 üçün ölümü barədə həkim arayışı almamışdır. X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümü qeydiyyat orqanında qeydiyyata alınmamışdır. Zərurət yarandığından anasının ölüm haqqında şəhadətnaməsini almaqdan ötəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəfindən müəyyən olunmuş müddət ötürüldüyündən ölüm şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bir daha qeyd edir ki, X2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və yaşadığı Xaçmaz şəhər camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, anası Sevil Mikayılova xx.xx.2023-cü ildə xəstəxanadan evə gətirilib vəfat edib və Xaçmaz şəhər qəbristanlığında dəfn edilib. Lakin anasının ölümü haqqında həkim arayışı almamışdır. Ona görə də anası üçün ölüm haqqında şəhadətnamə ala bilmir. Anası vəfat edəndə qohumları iştirak ediblər. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi xalası qızıdır, onunla münasibətləri yaxşıdır. Sevil Mikayılova xalası olub. O, xx.xx.2023-cü ildə xəstəxanadan evə gətirilib vəfat edib və Xaçmaz şəhər qəbristanlığında dəfn edilib. Dəfndə və yas mərasimlərində iştirak etmişdir. Xalası xəstəlikdən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həm qohum həm də qonşudur, onunla münasibətləri yaxşıdır. Sevil Mikayılova xalası olub. O, xx.xx.2023-cü ildə xəstəxanadan evə gətirilib vəfat edib və Xaçmaz şəhər qəbristanlığında dəfn edilib. Dəfndə və yas mərasimlərində iştirak etmişdir. Xalası xəstəlikdən vəfat etmişdir. İş materiallarından görünür ki, ərizəçi, X3 yaxın qohumudur (qızıdır). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi atası X5, anası X6 qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X4 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X12 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, 1950-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X4 adlı şəxsə məzar daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1950-ci ildə Xaçmaz şəhərində anadan olan X3 29 yanvar 2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-3109/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3109/2024
09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver