Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3181/2022 15.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 04 aprel 2018-ci ildə Xaçmaz rayonunun Müzəffər-oba kəndində doğulmuş X1nın 21 yanvar 2018-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Lakin qızı 17 gün yaşadıqdan sonra xx.xx.2018-ci il tarixində yaşadığı Xaçmaz rayonunun Müzəffər-oba kəndində vəfat etmişdir. Onun səhlənkarlığı, savadsızlığı və qanunu yaxşı bilmədiyindən vaxtında qızı üçün onun ölümü haqqında həkim arayışı almamışdır. X1 21 yanvar 2018-ci il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümü Qeydiyyat orqanında qeydə alınmamışdır. Zərurət yaradığından qızının ölüm haqqında şəhadətnaməsini almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həkim arayışı olmadığına görə və arayışın alınması üçün müəyyən edilmiş müddəti ötürdüyünə görə ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X1 21 yanvar 2018-ci il tarixdə vəfat etmiş və kənd camaatının iştirakı ilə onu dərək, Xaçmaz rayonunun Müzəffər-oba kənd qəbrstanlığında dəfn edilmişdir. Bu hal Xaçmaz rayon Müşkür kənd İƏD nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli aktla təsdiq olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, X1 xx.xx.2018-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş və xx.xx.2018-ci il tarixdə Xaçmaz rayonunun Müzəffər-oba kəndində vəfat etmişdir. Lakin ərizəsində qızının 04 aprel 2018-ci ildə Xaçmaz rayonunun Müzəffər-oba kəndində doğulmuş X1nın 21 yanvar 2018-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsini səhv qeyd etmişdir. Ona görə də ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi qohumudur, onunla münasibətləri yaxşıdır. O, ərizəçinin ərinin xalası oğludur. Ərizəçinin Səlminaz adlı qızı xx.xx.2018-ci ildə anadan olub, lakin xx.xx.2018-ci ildə vəfat edib. Uşaq vəfat edən ərəfədə xalası oğlu yəni, uşağın atası Bakıda işləyirdi. Uşağın nədən öldüyü ilə maraqlananda ona bildirmişlər ki, uşaq yatıb amma oyanmamışdır. Onu yaşadığı Xaçmaz rayonunun Müzəffər-oba kənd qəbristanlığında dəfn etmişlər.O, özü də dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi qohumudur. Ərizəçinin qızı Səlminaz qardaşının nəvəsidir. O, xx.xx.2018-ci ildə anadan olub, lakin xx.xx.2018-ci ildə vəfat etmişdir. Körpə uşaq idi. Onu yaşadığı Xaçmaz rayonunun Müzəffər-oba kənd qəbristanlığında dəfn etmişlər. O, özü də dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2018-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Onun atası X4, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, mərhum X3 xx.xx.2018-ci ildə vəfat etmişdir və o, Xaçmaz rayonu, Müzəffər-oba kəndində dəfn olunmuşdur. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi mərhum X1nın xx.xx.2018-ci il tarixdə Xaçmaz şəhərində anadan olması və xx.xx.2018-ci il tarixdə vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə ərizənin təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin xx.xx.2018-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş X1nın xx.xx.2018-ci il tarixdə Xaçmaz rayonu, Müzəffər-oba kəndində vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2018-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş X1nın xx.xx.2018-ci il tarixdə Xaçmaz rayonu, Müzəffər-oba kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səmədzadə Sərxan
Məhkəmə qərarları › İş №2(067)-3181/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3181/2022
15.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver