Məhkəmə qərarları › İş №2(067)-3196/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3196/2025

18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3196/2025 18.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə (Maraqlı şəxs) məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, atası X2 31 dekabr 2024-cü ildə və anası X3 xx.xx.2024-cü il tarixdə ölməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X5 1937-ci ildə anadan olmuş, çox yaşlı olduğu üçün xəstəlikdən sonra 31 dekabr 2024-cü il tarixdə vəfat edib. Həmçinin anası X6 da 1939-cu ildə anadan olmuş, çox yaşlı olduğu üçün xəstəlikdən sonra xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Valideynlərini Xaçmaz rayonu, Nərəcan kənd qəbiristanlığında dəfn olunmuşlar. Həmin vaxt o, valideynlərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnamələri almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Oradan aldığı cavab məktubunda göstərilir ki, ölüm faktları tibb müəssisənin müvafiq sənədi ilə, həmin sənəd olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Valideynləri rəhmətə gedən zaman çox xəstə və yaşlı olduqları üçün tərəfindən həkim dəvət edilməmişdir. Buna görə də, tibb müəssisəsindən sənəd ala bilməmişdir. Atasının ölməsi faktını onun qonşuları, qohumları, qonşuların iştirakı ilə tərtib edilmiş və Xaçmaz rayonu Nərəcan kənd İƏD-si tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktlar və dəfn olunduğu qəbiristanlıqdakı qəbirləri də təsdiq edir. Bu barədə akt və şəkillər ərizəsinə əlavə edir. Hazırda köhnə sənədlərlə valideynlərinin adına torpaq sahəsi mövcuddur. Ölüm haqqında şəhadətnamə aldıqdan sonra həmin torpaq sahələrini sənədləşdirmək istəyir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə edərək bildirdi ki, atası X5 31 dekabr 2024-cü ildə, anası X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişlər, onların ölməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini və bununla bağlı şahidin dindirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə ərizə ilə tanış olub ərizəyə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Elbruz oğlu ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır. O, onun qonşusudur. Anası 2024-cü ilin noyabr ayında vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. Atası Şükür dayı isə 2024-cü ilin dekabr ayında vəfat etmişdir. Hər ikisi kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 185 saylı məktubundan görünür ki, X2 xx.xx.1945 - xx.xx.2025-ci illər üzrə Xaçmaz rayon Qeydiyуat şöbəsi üzrə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmış, göstərilən illər üzrə ölüm aktı qeydi aşkar olunmamışdır. - Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 186 saylı məktubundan görünür ki, X3 xx.xx.1945 - xx.xx.2025-ci illər üzrə Xaçmaz rayon Qeydiyуat şöbəsi üzrə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmış, göstərilən illər üzrə ölüm aktı qeydi aşkar olunmamışdır. - Xaçmaz RİHB Nərəcan kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli Aktdan müəyyən olunur ki, X5 xx.xx.2024-cü il tarixində Xaçmaz rayon Nərəcan kəndində vəfat etmişdir və Xaçmaz rayon Nərəcan kənd qəbiristanlığında dəfn edilmişdir. - Xaçmaz RİHB Nərəcan kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş Aktdan müəyyən olunur ki, X6 xx.xx.2024-cü il tarixində Xaçmaz rayon Nərəcan kəndində vəfat etmişdir və Xaçmaz rayon Nərəcan kənd qəbiristanlığında dəfn edilmişdir - şəxsiyyət vəsiqəsinin surətindən müəyyən ounur ki, X5 X.X.1937-ci ildə Xaçmaz rayonu Nərəcan kəndində anadan olmuşdur. - şəxsiyyət vəsiqəsinin surətindən müəyyən ounur ki, X6 X.X.1939-cu ildə Xaçmaz rayonu Nərəcan kəndində anadan olmuşdur. - Xaçmaz rayon Nərəcan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 168 saylı Arayışından müəyyən olunur ki, X5 xx.xx.2024-cü ildə Xaçmaz rayon Nərəcan kəndində vəfat etmiş və Xaçmaz rayon Nərəcan kənd qəbiristanlığında dəfn edilmişdir. - Xaçmaz rayon Nərəcan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 169 saylı Arayışından müəyyən olunur ki, X6 2024-cü ildə Xaçmaz rayon Nərəcan kəndində vəfat etmiş və Xaçmaz rayon Nərəcan kənd qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası X.X.1937-ci ildə anadan olan və xx.xx.2024-cü ildə Xaçmaz rayonunda vəfat edən X5 və anası X.X.1939-cu ildə anadan olan və xx.xx.2024-cü ildə Xaçmaz rayonunda vəfat edən X6 qohum-əqrəbanın və qonşuların iştirakı ilə Xaçmaz rayonu Nərəcan kənd qəbiristanlığında dəfn edilmişlər. Ölüm haqqında şəhadətnamələrin alınması mərhumların oğlu olan Ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənədi başqa qaydada alması qeyrimümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1934-cü ildə anadan olmuş X2 31 dekabr 2024-cü ildə və XX.XX.1939-cu ildə anadan olmuş X3 18 noyabr 2024-cü il tarixlərində ölüm faktları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar