Məhkəmə qərarları › İş №2(067)-3234/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3234/2024

10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3234/2024 10.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1932-ci ildə Xaçmaz rayonunun Gülalan kəndində doğulmuş atası X1 12 sentyabr 1992-ci il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1932-ci ildə Xaçmaz rayonunun Gülalan kəndində doğulmuş və orada da yaşamış atası X3 12 sentyabr 1992-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Gülalan kənd qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt səhlənkarlıq edərək və qanunu bilmədiyinə görə atasının ölümü haqqında həkim arayışı almamışlar. Ona görə də atasının ölümünün Maraqlı şəxsndə qeydə alınması və ölüm haqqında şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Atasının ölümü haqqında tibbi şəhadətnamə almaq üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, vaxtında sənədləşmə aparılmadığından, ona tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək, izahatında göstərmişdir ki, 1932-ci ildə Xaçmaz rayonunun Gülalan kəndində doğulmuş və Xaçmaz rayonunun Gülalan kəndində yaşamış atası X3 12 sentyabr 1992-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Gülalan kənd qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt səhlənkarlıq edərək və qanunu bilmədiyinə görə atasının ölümü haqqında həkim arayışı almamışlar. Ona görə də atasının ölümünün Maraqlı şəxsndə qeydə alınması və ölüm haqqında şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Atasının ölümü haqqında tibbi şəhadətnamə almaq üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, vaxtında sənədləşmə aparılmadığından, ona tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur Hazırda həmin sənəd atasından qalmış mirasın sənədləşdirilməsi üçün zəruridir. Ona görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, Ərizəçi həmkəndlisidir, qohumluqları yoxdur. Ərizəçi atası X3 12 sentyabr 1992-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Gülalan kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Ərizəçi atası X1 12 sentyabr 1992-ci il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində vəfat etməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, Ərizəçi həmkəndlisidir, qohumluqları yoxdur. Ərizəçi atası X3 12 sentyabr 1992-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Gülalan kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Ərizəçi atası X1 12 sentyabr 1992-ci il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində vəfat etməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi həmkəndlisidir, qohumluqları yoxdur. Ərizəçi atası X3 12 sentyabr 1992-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Gülalan kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Ərizəçi atası X1 12 sentyabr 1992-ci il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində vəfat etməsi faktını təsdiq edir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İ-JQ seriyalı 405102 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.1972-ci ildə Xaçmaz rayonunun Gülalan kəndində doğulmuşdur. Onun atası X3, anası isə X5r. İş materiallarında olan Maraqlı şəxs doğum haqqında arayışından müəyyən olunur ki, X3 1932-ci ildə Xaçmaz rayonunun Gülalan kəndində doğulmuşdur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Gülalan kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 207 saylı arayışından görünür ki, X3 12 sentyabr 1992-ci il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində ölmüş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Xaçmaz rayonunun Gülalan kənd sakinlərinin iştirakları ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Gülalan kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X3 12 sentyabr 1992-ci il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində ölmüş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X11 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, birliyin Xaçmaz rayon şöbəsində mərhum X1 12 sentyabr 1992-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 1932-xx.xx.2024-cü illər üzrə ölümünün Maraqlı şəxsndə qeydə alınıb-alınmaması yoxlanılmış, X1 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi atası - 1932-ci ildə Xaçmaz rayonunun Gülalan kəndində doğulmuş X1 12 sentyabr 1992-ci il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində ölməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 1932-ci ildə Xaçmaz rayonunun Gülalan kəndində doğulmuş atası X1 12 sentyabr 1992-ci il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində ölməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası - 1932-ci ildə Xaçmaz rayonunun Gülalan kəndində doğulmuş atası X1 12 sentyabr 1992-ci il tarixdə Xaçmaz rayonunun Gülalan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar