Məhkəmə qərarları › İş №2(067)-3311/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3311/2024

31.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3311/2024 31.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında razılıqları əsasında bağlanmış 13 sentyabr 2024-cü il tarixdə MŞQ/MT-027/2024-01302 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 26 may 2017-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan 02 noyabr 2017-ci il təvəllüdlü X2 və 27 iyun 2019-cu il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Nikahları Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında pozulmuş və nikahlarına 23 iyul 2024-cü ildə xitam verilmişdir. Bildirmək istəyir ki, uşaqların saxlanmasında çətinlik çəkdiyinə görə və maraqlı tərəfin ona uşaqların saxlanmasında valideynlik borcunu yerinə yetirməyərək köməklik etmədiyinə görə aliment tələbi ilə bağlı 1 saylı Qusar mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı tərəf mediasiya sessiyasında iştirak etmiş və aralarında razılıq əsasında 13 sentyabr 2024-cü il tarixdə Barışıq Sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş sazişin 3-cü bəndinə əsasən maraqlı tərəf mediasiya prosesində birgə nikahdan olan 02 noyabr 2017-ci il təvəllüdlü X2 və 27 iyun 2019-cu il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin sentyabr ayından başlayaraq hər ayın 30-na kimi hər uşağa 200 ( iki yüz ) manat aliment pulunu cəmi 400 ( dörd yüz ) manat aliment pulunu ödəyəcəyinə öhdəlik götürmüşdür. Lakin, maraqlı tərəf Maraqlı şəxs alimentin ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhtəliyi bu günə yerinə yetirmir, uşaqların saxlanılması üçün alimenti ödəmir və alimenti ödəməkdən imtina edir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmiş, bildirmişdir ki, Maraqlı şəxs ilə nikahları pozulmuşdur. Mediasiya prosesi zamanı alimentlə bağlı razılaşmışlar. 1 uşağa görə ayda 200 manat aliment ödənilməsi ilə bağlı razılaşmşlar. Sonradan cavabdeh alimenti ödəməmişdir. Mediasiya prosesi zamanı o, Maraqlı şəxs da iştirak etmiş və barışıq sazişini imzalamışlar. İş üzrə maraqlı tərəf məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, mübahisənin həlli ilə bağlı tərəflər arasında danışıqlar aparılmışdır. 1.Danışıqlar nəticəsində ikinci tərəf (Maraqlı şəxs) birinci tərəf (Ərizəçi) qarşısında öhdəlik götürdü ki, uşaqları 02 noyabr 2017-ci il təvəllüdlü X2 və 27 iyun 2019-cu il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin sentyabr ayından başlayaraq hər ayın 30-na kimi hər uşağa 200 (iki yüz) manat məbləğində alimenti pulunu cəmi 400 (dörd yüz) manat aliment pulunu birinci tərəfin (Ərizəçi) adında olan Kapital Bankın 4169-7388- 1869-7371 saylı Bir Bank kartına ödəyəcəyinə razılaşaraq öhdəlik götürdü. 2.Tərəflər qəbul edilmiş öhdəliyə məsuliyyətlə yanaşaraq icra edəcəklərinə öhdəlik götürdülər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış “ikinci tərəf (Maraqlı şəxs) birinci tərəf (Ərizəçi) qarşısında öhdəlik götürdü ki, uşaqları 02 noyabr 2017-ci il təvəllüdlü X2 və 27 iyun 2019-cu il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin sentyabr ayından başlayaraq hər ayın 30-na kimi hər uşağa 200 (iki yüz) manat məbləğində alimenti pulunu cəmi 400 (dörd yüz) manat aliment pulunu birinci tərəfin (Ərizəçi) adında olan Kapital Bankın 4169-7388-1869-7371 saylı Bir Bank kartına ödəyəcəyinə razılaşaraq öhdəlik götürmələrinə” dair xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar