Məhkəmə qərarları › İş №2(067)-3322/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3322/2023

13.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3322/2023 13.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə onunla Maraqlı şəxs arasında Qusar mediasiya təşkilatında bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iş üzrə maraqlı tərəf olan Maraqlı şəxs ilə nikahları pozulmuşdur. Nikahın pozulması və aliment tələbi ilə əlaqədar Qusar 1 saylı Mediasiya təşkilatında müraciətə baxılarkən aralarında alimentlə əlaqədar barışıq sazişi imzalanmış və mediator tərəfindən təsdiqlənmişdir. Barışıq sazişi imzalayarkən maraqlı tərəf bildirmişdir ki, hər uşağa 220 manat aliment ödəmək imkanı yoxdur. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs öhdəsinə götürmüşdür ki, birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 2023-cü ilin iyun ayından hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimenti ona bank kartı vasitəsi ilə ödəyəcəkdir. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə düşən öhdəliyi qismən yerinə yetirmiş, müəyyən məbləğdə aliment ödəsə də, hazırda aliment ödənişlərini dayandırdığı üçün barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Barışıq sazişinin əsli onda yoxdur. Barışıq sazişinin əslini ərizəsini tərtib edib hazırlayan vəkilə vermişdir ki, digər sənədlərlə birlikdə məhkəməyə təqdim etsin. İş üzrə maraqlı tərəf lazımi qaydada xəbərdar edilməsinə baxmayaq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar