Məhkəmə qərarları › İş №2(067)-3430/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3430/2025

08.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3430/2025 08.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə (Maraqlı şəxs) məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 22 avqust 1963-cü ildə Xaçmaz rayonunun Haput kəndində anadan olmuş həyat yoldaşı X4 01 dekabr 2010-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 10 noyabr 1986-cı il tarixdə X6 ilə ailə həyatı qurmuşdur. 01 dekabr 2010-cu il tarixdə həyat yoldaşı X6 yaşadığı Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində vəfat etmişdir. O, vəfat etdikdən sonra Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində kənd qəbirstanlığmda dəfn edilmişdir. Lakin onun səhlənkarlığı və qanunu bilmədiyindən vaxtında həyat yoldaşı X6 üçün ölümü barədə həkim arayışı almamışdır. Həyat yoldaşı X6 01 dekabr 2010-cu il tarixdə vəfat etməsinə baxmayaraq tibbi şəhadətnamə alınmadığından həyat yoldaşının ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Hazırda zərurət yarandığından ondan vəfat etmiş həyat yoldaşı X4 ölüm şəhadətnaməsi tələb olundu. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etməli oldu. Müraciəti əsasında Qeydiyyat Şöbəsində sənədlərini nəzərdən keçirilərkən müəyyən edildi ki, o, qanunla müəyyən edilmiş müddət ərzində tibbi şəhadətnamə alaraq Qeydiyyat Şöbəsinə təqdim etmədiyindən həyat yoldaşının ölümü qeydə alınmamışdır. Bu səbəbdən ona həyat yoldaşının ölüm şəhadətnaməsinin verilməsindən imtina olundu. Bundan sonra o, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət edərək həyat yoldaşının ölüm barədə tibbi şəhadətnamə almaq istəyir. Lakin bununla əlaqədar vaxtında sənədləşmə işinin aparmadığına görə ona ölümü barədə tibbi şəhadətnamənin verilməsindən imtina olundu. Ona məhkəməyə müraciət etməyi tövsiyə edildi. Həyat yoldaşı X6 01 dekabr 2010-cu il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Köhnə-Xaçmaz kənd qəbiristanlığında kənd camaatının iştirakı ilə dəfn edilmişdir. Ərizəçi ərizəsini dəqiqləşdirmək barədə ərizə ilə məhkəməyə müraciət edərək, 22 avqust 1963-cü ildə Xaçmaz rayonunun Haput kəndində anadan olmuş həyat yoldaşı X4 01 dekabr 2010-cu il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə edərək bildirdi ki, 22 avqust 1963-cü ildə Xaçmaz rayonunun Haput kəndində anadan olmiuş həyat yoldaşı X4 01 dekabr 2010-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi üçün işlə bağlı şahidlərinin dindirilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə eyni kənddə yaşamışdır. X1 dəfnində iştirak etmişdir. 2010-cu ildə vəfat edib. Kənd qəbiristanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, mərhum X6 ərizəçinin həyat yoldaşıdır, mərhum Köhnə-Xaçmaz kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X7 xx.xx.2025-ci il tarixli, 34 saylı Arayışından müəyyən olunur ki, X6 xx.xx.2010-cu ildə Xaçmaz rayon Köhnə-Xaçmaz kəndində vəfat etmiş və Xaçmaz rayon Köhnə-Xaçmaz kənd qəbiristanlığında dəfn olunmuşdur - nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə Ərizəçi 10 noyabr 1986-cı ildə nikaha daxil olaraq evlənmişlər. Nikahdan sonra arvada Talıbova soyadı verilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1963cü il tarixdə anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X9 qeyd edilmişdir. - Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 298 saylı məktubundan görünür ki, X4 22.xx.xx.1963 - xx.xx.2024-cü illər üzrə Xaçmaz rayon Qeydiyуat şöbəsi üzrə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmış, göstərilən illər üzrə ölüm aktı qeydi aşkar olunmamışdır. - Fotoşəkildən müəyyən olunur ki, X6 adlı şəxsə qəbir daşı qoyulmuşdur və daşın üzərində “ailəsindən xatirə” yazısı qeyd edilmişdir. - Notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli Aktdan müəyyən olunur ki, X6 xx.xx.2010-ci il tarixində Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində vəfat etmişdir və həmin rayonun Köhnə Xaçmaz kənd qəbristanlığında dəfn edilmişdir. - «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X15 xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, 1963-cü il təvəllüdlü X4 vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin əri 22 avqust 1963-cü ildə Xaçmaz rayonunun Haput kəndində anadan olan və xx.xx.2010-cu ildə Xaçmaz rayonunda vəfat edən X11 qohum-əqrəbanın və qonşuların iştirakı ilə Xaçmaz rayonu Köhnə Xaçmaz kənd qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun arvadı olan Ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənədi başqa qaydada alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 avqust 1963-cü ildə Xaçmaz rayonu Haput kəndində anadan olmuş X4 01 dekabr 2010-cu il tarixdə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar