Məhkəmə qərarları › İş №2(067)-360/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-360/2021

01.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-360/2021 01.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi,ilə məhkəmə iclas katibi X8 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştiraklar ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2018-ci il tarixli, **********17 reyestr saylı ********** qeydiyyat saylı reyestrdən çıxarışa əsasən mülkiyyətinə verilmiş 13.998 ha pay torpaq sahəsinin 3.0 ha hissəsinin cavabdehlərin qanunsuz istifadələrindən alınaraq onun istifadəsinə qaytarılmasına, 13.998 ha torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Rabitəbank ASC-dən Xaçmaz rayonunda yerləşən 13,997 ha torpaq sahəsini satın almış və bundan sonra torpaq sahəsini öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Torpaq sahəsinin qonşu mülkiyyətçisi X2r. O, artıq vəfat edib. Cavabdeh1 onun oğludur. Cavabdeh1 ona deyir ki, atası və bütün ailə üzvləri torpaq sahələrini istifadə etmək üçün digər Cavabdeh2 veriblər. Bununla əlaqədar o, Cavabdeh2 xəbər alanda o, həqiqətən onun torpaq sahəsinin ətrafındakı bütün torpaq sahələrindən istifadə etdiyini bildirmişdir. O, özünün torpaq sahəsini ölçdürərkən məlum olmuşdur ki, torpaq sahəsinin 3 hektarı qonşu mülkiyyətçi tərəfindən istifadə olunur. Cavabdehlərdən torpaq sahəsini qaytarmalarını xahiş etsə də, onlar bundan imtina edirlər. Ona görə də o, məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, satın aldığı torpaq sahəsi Reyestr xidmətinin əməkdaşları tərəfindən yerində ölçülərək ona göstərilib və həmin vaxt müəyyən olunub ki, torpaq sahəsnin 3 hektarı qonşu mülkiyyətçi tərəfindən istifadə olunur. Faktiki olaraq hazırda onun 3 hektar torpaq sahəsindən Cavabdeh2 istifadə edir. İddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstətilənlərlə əlaqədar o, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh2 izahatında göstərmişdir ki, o, iddia tələbi ilə razı deyildir. İddiaçı Rabitəbank ASC-dən Xaçmaz rayonunda yerləşən 13,997 ha torpaq sahəsini satın alıb və mülkiyyətinə keçirib. Onun torpaq sahəsinin bilavasitə qonşu mülkiyyətçisi mərhum X2r. X1 özü və bütün ailə üzvləri torpaq sahələrini istifadə etmək üçün ona veriblər. Bunun üçün ona etibarnamə də veriblər. Hazırda onların bütün torpaq sahələrindən o, istifadə edir. Hesab edir ki, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Torpaq sahələrindən istifadə etməyi ilə bağlı X6 sağlığında nə o, özü, nə də onun ailə üzvləri onunla icarə müqaviləsi və ya torpaqdan istifadəyə dair müqavilə bağlamayıblar. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 izahatında göstərmişdir ki, iddia tələbi ilə razı deyildir. İddiaçı Rabitəbank ASC-dən Xaçmaz rayonunda yerləşən 13,997 ha torpaq sahəsini satın alıb və mülkiyyətinə keçirib. İddiaçının torpaq sahəsinin bilavasitə qonşu mülkiyyətçisi onun atası X2r. O, vəfat edib. Sağlığında atası və bütün ailə üzvləri, o cümlədən o, torpaq sahələrini istifadə etmək üçün Cavabdeh2 vermişlər. Hazırda bütün torpaq sahələrindən o, istifadə edir. Onu da göstərmişdir ki, atasının vəfatından sonra ondan miras qalan torpaq sahəsini heç bir övladı öz adına keçirməmişdir. Onun torpaq sahəsindən də, atasının torpaq sahəsindən də Cavabdeh2 istifadə edir. Bunun üçün ona etibarnamə verməmişlər. Həmçinin də torpaq sahələrindən istifadə etməsi ilə əlaqədar Cavabdeh2lə heç bir icarə müqaviləsi bağlamamışlar. Hesab edir ki, onlar iddiaçının torpaq sahəsini zəbt etməmişlər. Ona görə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* saylı Çıxarışından və Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 13,997 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan JN-117 saylı 30224018 kodlu, JN-118 saylı 30224018 kodlu, JN-116 saylı 30224018 kodlu, JN-115 saylı 30224018 kodlu, JN-114 saylı 30224018 kodlu, Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarından müəyyən olunur ki, X3 və onun ailə üzvlərinə Xaçmaz Rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 18 may tarixli 06 saylı qərarı ilə kənd təsərüfatlı təyinatlı torpaq sahələri verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İşin araşdırılmış hallarından və tərəflərin izahatından hazırda Cavabdeh2 JN-117 saylı 30224018 kodlu, JN-118 saylı 30224018 kodlu, JN-116 saylı 30224018 kodlu, JN-115 saylı 30224018 kodlu, JN-114 saylı 30224018 kodlu, Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarına əsasən X3 və onun ailə üzvlərinə Xaçmaz Rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 18 may tarixli 06 saylı qərarı ilə verilmiş torpaq sahələrindən, həmçinin, İddiaçı öz torpaq sahəsi olduğunu iddia etdiyi mübahisəli sahədən istifadə etdiyi müəyyən edilir. Lakin, Cavabdeh2 ilə X4 və onun ailə üzvləri arasında həmin torpaq sahələrindən istifadə və icarə ilə bağlı hər hansı əqd baölanmamış və Daçınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Başqa sözlə, Cavabdeh2 həmin torpaq sahələri üzərində hər hansı bir istifadə və icarə hüququna malik deyil. Buna görə də, məhkəmə iddia tələbinin Cavabdeh2 Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2018-ci il tarixli, **********17 reyestr saylı ********** qeydiyyat saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 13.998 ha pay torpaq sahəsinin 3.0 ha hissəsindən çıxarılmasına dair hissəsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya məxsus olan torpaq sahəsindən istifadə etməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı sayıla bilməz. Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir (bax: Mülki prosesdə tətbiq ediləcək hüququn tapılması Tomas Hermann səh. 199 sübutetmə vəzifəsi başlığı, 1-ci abzas) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh2 Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2018-ci il tarixli, **********17 reyestr saylı ********** qeydiyyat saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 13.998 ha pay torpaq sahəsinin 3.0 ha hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 20 (iyirmi) manat məbləğində pul Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar