Məhkəmə qərarları › İş №2(067)-365/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-365/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-365/2023 14.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək bacısı X1 02 fevral 1999-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun bacısı X2 Xaçmaz rayonu,Yeni- Həyat qəsəbəsində yaşamış və 02 fevral 1999-cu il tarixdə Xaçmaz rayonu,Yeni-Həyat qəsəbəsində vəfat etmişdir. Onlar onu Xaçmaz rayonu,Yeni-Həyat kənd qəbiristanlığında dəfn etmişik. Həmin vaxt hüquqi savadları olmadığı üçün bacısının ölməsini təsdiq edən ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. Ölüm haqqında şəhadətnaməni almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etdmişdir. Oradan aldığı cavab məktubunda göstərilir ki, ölüm faktları tibb müəssisənin müvafiq sənədi ilə həmin sənəd olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla bağlı Xaçmaz rayon X3 Hüquqi Şəxsinə müraciət etdikdə də bacısı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi haqqında heç bir məlumat olmadığı müəyyən olunmuşdur. Bacısının ölməsi faktını onun qonşuları, qohumları, qonşuların iştirakı ilə tərtib edilmiş və Xaçmaz şəhəri,Yeni Həyat İƏD- si tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akt və dəfn olunduğu qəbirstanlıqdakı qəbri də təsdiq edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizədə yazılanları müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək göstərmişdir ki, ərizəçini tanıyır. Qonşusu X2 1999-cu ildə Yeni Həyat qəsəbəsində vəfat edib və həmin kənd qəbristanlığında dəfn edilib. O, vəfat edəndə onun 30 yaşı olardı. Onunla qonşu olmuşdur. Tamara xəstə idi və xəstəliyi ilə əlaqədar vəfat edib. O, özü Tamaranın dəfnində də, yas mərasimlərində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu izahat verərək göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Qonşusu X2 1999-cu ildə Yeni Həyat qəsəbəsində vəfat edib və həmin kənd qəbristanlığında dəfn edilib. O, vəfat edəndə onun 8 yaşı var idi. O, onun dəfnini təxmini xatırlayır. Onlar qonşu olmuşlar. Tamaranı tanıyırdı. Tamaranın ölümünü və dəfnini təxmini xatırlayır. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Xaçmaz rayon Nərəcan kəndində şahidlərin iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, ərizəçinin bacısı X2 02 fevral 1999-ci ildə vəfat etmiş və Xaçmaz rayonunun Yeni-Həyat kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı 17 noyabr 2022-ci il tarixli 319 saylı məktubundan görünür ki, X2 xx.xx.1967-xx.xx.2022-ci illər üzrə Maraqlı şəxs üzrə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X2 göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X5 14 noyabr 2022-ci il tarixli PHŞ/6-43-2-2022-503 nömrəli məktubundan müəyyən olunur ki, birliyin Xaçmaz rayon şöbəsində mərhum X2 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, 1963-cü ildə Xaçmaz rayonunun Yeni-Həyat kəndində anadan olmuş X1 02 fevral 1999-cu ildə vəfat etməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 1963-cü ildə Xaçmaz rayonunun Yeni-Həyat kəndində anadan olmuş X1 02 fevral 1999-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 1963-cü ildə Xaçmaz rayonunun Yeni-Həyat kəndində anadan olmuş X1 02 fevral 1999-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar