Məhkəmə qərarları › İş №2(067)-3720/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3720/2023

21.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3720/2023 21.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi dair ərizəsi üzrə mülki işə 21 dekabr 2023-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, nikahın pozulması və aliment tələbi ilə əlaqədar Maraqlı şəxs ilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, 21 noyabr 2023cü ildə barışıq sazişi imzalanmışlar. Barışıq sazişinə əsasən hər ikisi nikahı davam etdirməmək və Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən bağlanmış xx.xx.2018-ci il tarixli nikahın pozulmasına və xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa 2023-cü ilin noyabr ayından başlayaraq 125 manat olmaqla cəmi 500 manat sabit məbləğdə aliment ödəməyə razılaşmışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü icra etməmişdir. Ona görə də sazişin təsdiqlənməsi zərurəti vardır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmiş, bildirmişdir ki, Maraqlı şəxs qarşı nikahın pozulması və aliment tələbinə dair mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamışlar. Barışıq sazişinə əsasən hər ikisi nikahı davam etdirməmək və Xaçmaz rayon Qeydiyyat şöbəsində bağlanmış nikah qeydinin pozulmasına və maraqlı tərəf birgə nikahlarından olan 4 uşağın saxlanılması üçün ona 2023-cü ilin noyabr ayından başlamaqla hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 500 manat sabit məbləğdə aliment ödəməyə razı olduğunu bildirmişdir. Lakin, Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü icra etməmişdir. Ona görə hazırda aralarındakı mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Məhkəmə iaclasında Maraqlı şəxs göstərmişdir ki, mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, tərəflər İMS-dən sonra tam mediasiya sessiyasında keçərək aşağıdakı razılığa gəlmişlər. X9 nikahın pozulması və aliment tələbi olan hissədə: Nikahın ləğvi barədə məhkəməyə müraciəti öz öhdəsinə götürür. Birgə nikahdan olan: xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa 2023-cü ilin noyabr ayından başlayaraq 125 manat olmaqla cəmi 500 manat sabit məbləğdə aliment verməyi tələb edir. Maraqlı şəxs birgə nikahdan olan: xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa 2023-cü ilin noyabr ayından başlayaraq 125 manat olmaqla cəmi 500 manat sabit məbləğdə aliment verməyi öhdəsinə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa 2023-cü ilin noyabr ayından başlayaraq 125 manat olmaqla cəmi 500 manat məbləğində alimenti Maraqlı şəxs X5 ödəməsinə dair xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar