Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3726/2025 11.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ akim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X8, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Qusar 1 saylı mediasiya təşkilatının mediatoru X11 tərəfindən onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2017-ci il tarixdə bağlanmış rəsmi nikah əsasında ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 uşağı vardır: 1.X6-xx.xx.2020-ci il təvəllüdlü, 2.X7-xx.xx.2021-ci il təvəllüdlü. Nikahın pozulması və aliment tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və Qusar 1 saylı Mediasiya təşkilatının mediatoru X11 tərəfindən onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi təsdiq etmişdir. Barışıq sazişinə görə tərəflər birgə nikahdan xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 üçün hər ay 160 manat və xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 üçün hər ay 160 manat, cəmi 320 manat aliment ödənilməsini və gəlin köçərkən apardığı cehiz əmlaklarını ona qaytarmağı Maraqlı şəxs öhdəsinə götürmüşdür. Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1908/2025 saylı qətnaməsinə əsasən onunla Maraqlı şəxs arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 anaları Ərizəçi himayəsində saxlanılması qət edilmişdir. Qətnamədə həmçinin qeyd olunur ki, tərəflər arasında aliment tələbi və uşağın kimin himayəsində saxlanmasına dair mübahisənin olmadığı və bununla bağlı tərəflər arasında barışıq sazişinin olduğu nəzərə alınır. Məlum edir ki, Maraqlı şəxs aralarında barışıq sazişi bağlandıqdan sonra ona cəmi 400 manat aliment ödəmiş, cehiz əmlaklarını qaytarmamışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmiş, bildirmişdir ki, 2023-cü ilə barışıq sazişi bağlamışlar, barışıq sazişinin təsdiq edilməsini istəyir. Hazırda barışmışlar və ailəvi yaşayırlar, lakin qarşı tərəfin gələcəkdə fikrini dəyişib-dəyişməyəcəyini bilmədiyi üçün aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını xahiş edir. Məhkəmə iclasında maraqlı tərəf mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişin təsdiq edilməsinə etiraz etməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -xx.xx.2023-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, birinci tərəf Ərizəçi əks tərəfdən birgə nikahdan xx.xx.2020-cı il tarixdə anadan olmuş X2 üçün hər ay 160 manat və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 160 manat cəmi 320 manat aliment ödənilməsini və gəlin köçərkən apardığı cehiz əmlakını tələb edir. İkinci tərəf Maraqlı şəxs, birgə nikahdan xx.xx.2023-cü il tarixdən etibarən birgə nikahdan xx.xx.2020-cı il tarixdə anadan olmuş X2 üçün hər ay 160 manat və xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 üçün hər ay 160 manat cəmi 320 manat aliment ödənilməyi və 1 ay müddətində Ərizəçi gəlin köçərkən gətirdiyi cehiz əmlakını qaytarmağı öhdəsinə götürür. İkinci tərəf bu saziş üzrə öz öhdəliklərini (aylıq aliment ödənişini və cehiz əmlakının qaytarılması pozduqda Birinci tərəfin qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməsinə razı olduğunu və buna etiraz etmədiyini bəyan edir. Birinci tərəf Ərizəçi bu Sazişin 1.2-ci bəndində qeyd edilənlərə razılıq verir. Birinci tərəf Ərizəçi bu Sazişin 1.2.-ci bəndində qeyd edilən öhdəlikləri yerinə yetirmədiyi təqdirdə “İkinci tərəf” Maraqlı şəxs aliment məbləğinin tutulması ilə bağli aidiyyəti məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Tərəflər əlavə razılığa gəlir ki, aliment məbləğinin ödənilməsi bu Sazişin 1.2-ci bəndində qeyd olunan məbləğdən fərqli ola bilər. -Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1908/2025 saylı qətnaməsindən müəyyən olunur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikahın pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 anaları Ərizəçi himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmışdır, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış həmçinin, məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-cı il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay hər uşağa 160 manat, cəmi 320 manat alimentin və cehiz əmlakının Maraqlı şəxs alınaraq Ərizəçi veilməsinə dair xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-3726/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3726/2025
11.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver