Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-377/2025 31.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi «Şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 mart 1960-cı ildə Xaçmaz rayonunda doğulmuş qardaşı X2 06 iyul 1983-cü ildə vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 10 mart 1960-cı ildə Xaçmaz rayonunda doğulmuş X5 onun doğma qardaşı olmuşdur. Qardaşı Seyfəddin hərbi xidmətdən gəldikdən sonra 1982-ci ildə işləmək məqsədilə Rusiya Federasiyasının Surqut şəhərinə getmiş, 1 il sonra 1983-cü ilin iyul ayının 6-da həmin şəhərdə qəflətən göldə bataraq ölmüşdür. Qeyd olunan tarixdə qardaşının meyiti Xaçmaz rayonuna gətirilərək yaşadıqları Xaçmaz rayonunun Çuxuroba kənd qəbirstanlığında qohum-əqrəbanın və qonşuların iştirakı ilə dəfn olunmuşdur. Hüquqi savadsızlıqdan vaxtında qardaşının ölümü barədə həkim arayışı alınmamış və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda vərəsəlk məsələlərinin həlli ilə bağlı zərurət yarandığından qardaşının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bununla bağlı o, ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında qardaşının ölümü barədə həkim arayışı almadıqlarından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, qardaşı X2 06 iyul 1983-cü ildə Rusiya Federsiyasında vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs nümayəndəsi X3 göstərdi ki, Ərizəçi Maraqlı şəxsnə müraciət edərək 06 iyul 1983-cü ildə Rusiya Federsiyasında vəfat etmiş qardaşı X5 üçün ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin ərizəçi qardaşına ölüm haqqında şəhadətnamə verilməsi üçün şəxsin ölümü barədə tibb müəssisəsinin arayışını təqdim edə bilmədiyindən və müəyyən edilmiş illər üzrə aparılmış yoxlama zamanı X2 ölüm akt qeydi məlumat bazasında aşkar edilmədiyindən ərizəçinin müraciətinin həlli mümkün olmamış və ərizəçiyə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Ərizəçi onun doğma qardaşıdır. X5 da onun qardaşı olmuşdur. Həqiqətən qardaşı Seyfəddin hərbi xidmətdən qayıtdıqdan sonra 1982-ci ildə işləmək məqsədilə Rusiya Federasiyasının Surqut şəhərinə getmiş, 1 il sonra 1983-cü ilin 06 iyul tarixində həmin şəhərdə göldə qəflətən bataraq ölmüşdür. Qeyd olunan tarixdə qardaşının meyiti Xaçmaz rayonuna gətirilərək yaşadıqları Xaçmaz rayonunun Çuxuroba kənd qəbirstanlığında qohuməqrəbanın və qonşuların iştirakı ilə dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin həmkəndliləri Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və Ərizəçi qardaşı X2 həqiqətən də 1983-cü ilin 06 iyul tarixində Rusiya Federasiyasının Surqut şəhərində vəfat etməsini və mərhumun Azərbaycana gətirilərək qeyd edilən tarixdə qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Çuxuroba kənd qəbirstanlığında dəfn olunmasını, mərhumun yas mərasimində şəxsin iştirak etdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən ərizəçi İsayev X6 rayonunun Çuxuroba kəndində qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qımılqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli, 573 nömrəli arayışdan görünür ki, ərizəçi İsayev X6 rayonunun Çuxuroba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş doğum akt qeydiyyatı barədə 12 dekabr 2024-cü il tarixli arayışdan və 25 aprel 1979-cu il tarixli, NZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi qardaşı X5 10 mart 1960-cı ildə Xaçmaz rayonunun Çuxuroba kəndində anadan olmuşdur. İş materiallarında olan şahidlərin iştirakı ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qımılqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 22 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Ərizəçi qardaşı X5 həqiqətən 06 iyul 1983-cü il tarixdə qohum-qonşuların iştirakı ilə Xaçmaz rayonunun Çuxuroba kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, ərizəçinin mərhum qardaşı X2 qəbir abidəsinin fotoşəkili çəkilmiş, qəbir daşının üzərində mərhumun soyadı, adı və atasının adı, doğulduğu və vəfat etdiyi illər həkk olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsinın direktor müavini tərəfindən verilmiş 19 oktyabr 2024-cü il tarixli, 18-1-43/3- 4774/2024 saylı məktubdan görünür ki, X2 xx.xx.1983-cü ildə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Xaçmaz MRX-da heç bir məlumat yoxdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 25 oktyabr 2024-cü il tarixli, 3-16-5/8- 15-581/2024 nömrəli məktubdan görünür ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun mərhum qardaşı X2 xx.xx.1960-xx.xx.2024-cü illər üzrə Maraqlı şəxsndə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmışdır. Lakin mərhumun Qeydiyyat Şöbəsində göstərilən illər üzrə ölüm akt qeydi tapılmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidllərin ifadəlini dinləyib mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 10 mart 1960-cı ildə Xaçmaz rayonunun Çuxuroba kəndində anadan olmuş X5 Ərizəçi qardaşı olmuşdur. Ərizəçinin qardaşı X5 hərbi xidmətdən qayıtdıqdan sonra 1982-ci ildə işləmək məqsədilə Rusiya Federasiyasının Surqut şəhərinə getmiş, 1 il sonra 1983-cü ilin 06 iyul tarixində həmin şəhərdə qəflətən göldə bataraq ölmüşdür. Qeyd olunan tarixdə mərhumun meyiti Xaçmaz rayonuna gətirilərək yaşadığı Xaçmaz rayonunun Çuxuroba kənd qəbirstanlığında qohuməqrəbanın və qonşuların iştirakı ilə dəfn olunmuşdur. Seyfəddin İsayev 06 iyul 1983-cü ildə vəfat etməsinə baxmayaraq ərizəçi və yaxın qohumları hüquqi savadsızlıqdan mərhumun ölümü barədə vaxtında həkim arayışı almamış və mərhumun ölümünü Qeydiyyat orqanında qeydiyyata aldırmamışlar. Bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Vərəsəlik məsələlərinin həlli ilə bağlı Ərizəçi aidiyyatı orqanlara müraciət edərkən ondan mərhum qardaşının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu səbəbdən də o, qardaşı üçün ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında qardaşının ölümü barədə həkim arayışı alınmadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə vərəsəlik məsələlərini həll etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi 10 mart 1960-cı ildə Xaçmaz rayonunun Çuxuroba kəndində doğulmuş qardaşı X2 06 iyul 1983-cü ildə Rusiya Federasiyasının Surqut şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Göstərilərlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi 10 mart 1960-cı ildə Xaçmaz rayonunun Çuxuroba kəndində doğulmuş qardaşı X2 06 iyul 1983-cü ildə Rusiya Federasiyasının Surqut şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-377/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-377/2025
31.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver