Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-380/2024 14.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 14 fevral 2024-cü ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1961-ci il tarixdə Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olan qardaşı X2 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü qardaşı X5 xx.xx.2020ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Qımılqışlaq kəndində vəfat etmişdir. Lakin onun səhlənkarlığı, savadsızlığı və qanunu bilmədiyindən vaxtında qardaşı X5 üçün ölümü barədə həkim arayışı almamışdır. Qardaşı Daşdəmir xx.xx.2020-ci il tarixdə vəfat etməsinə baxmayaraq, onun ölümü Qeydiyyat Orqanında qeydiyyata alınmamışdır. Zərurət yarandığından ölüm haqqında şəhadətnaməsini almaqdan ötəri, Maraqlı şəxsnə müraciət etmiş, lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəfindən müəyyən olunmuş müddət ötürüldüyündən ölüm şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və yaşadığı Xaçmaz rayonunun Qımılqışlaq kənd camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, 12 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, ərizəçi həmkəndlisidir. Onun qardaşı 2020-ci ildə vəfat edib. Vəfat etməsinin səbəbini bilmir. Ərizəçinin qardaşı Daşdəmir evli olub, boşanıb, uşaqları yoxdur. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, ərizəçi həmkəndlisidir. Onun qardaşı 2020-ci ilin sentyabr ayında vəfat etmişdir. Ölüm səbəbini bilmir. Daşdəmir kənddə öz evində yaşamışdır. Ailəli olub boşanmışdır, uşaqları yoxdur. Onlar 6-7 uşaq olublar. Bacısı İradə də vəfat etmişdir. Digər qardaşı Elxanı tanıyır o, Xaçmaz şəhərində yaşayır. Daşdəmirin dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, ərizəçi əmisi oğludur. Daşdəmir 2020-ci il 14 sentyabrda vəfat etmişdir. Dəfndə kənd sakinləri ilə birlikdə iştirak etmişlər. İş materiallarında olan İİ-İE seriyalı 163529 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.1961-ci ildə doğulmuşdur. X4, anası X3r. İş materiallarında olan AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1965-ci ildə doğulmuşdur. X4, anası X3r. İş materiallarından görünür ki, ərizəçi, X2 qohumudur. İş materiallarında olan Zaur Salahovun, Elşad Məmmədovun və Şahin Kərimovun iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, Ərizəçi qardaşı X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və Xaçmaz rayon Qımılqışlaq kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X5 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıyla yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon Qımılqışlaq kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 827 nömrəli arayışından müəyyən olunur ki, Xaçmaz rayon Qımılqışlaq kənd sakini olmuş X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X5 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir -307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. -311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. -193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. -194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1961-ci il tarixdə Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olan X5 Ərizəçi qardaşıdır. Ərizəçi Xaçmaz rayonu Qımılqışlaq kəndində qeydiyyatdadır. X5 xx.xx.2020-ci il tarixdə yaşadığı ünvanda ölmüş və Xaçmaz rayonu Qımılqışlaq kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; -217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1961-ci il tarixdə Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olan X2 xx.xx.2020-ci il tarixdə ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olan X2 xx.xx.2020-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-380/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-380/2024
14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver