Məhkəmə qərarları › İş №2(067)-383/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-383/2024

23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-383/2024 23.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 19 may 1965-ci ildə anadan olmuş bacısı X4 12 iyun 2008-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun bacısı 19 may 1965-ci ildə anadan olmuş X6 12 iyun 2008-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonu, Xudat şəhəri, Köhnə Xudat kəndi ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışdır və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Hazırda vərəsəliklə bağlı və eləcə də digər məsələlərin həll olunması ilə bağlı problemlərin həlli üçün, ölüm haqqında şəhadətnaməsinin olmadığına görə çətinlik yaranmışdır. Ölüm şəhadətnaməsinin alınmaması, Qeydiyyat Şöbəsinin və Xaçmaz Rayon Mərkəzi X9 Şəxsin rəsmi məktubları ilə də təsdiq olunur. Onun bacısı, X4, 12 iyun 2008- ci il tarixdə vəfat etməsi və Xaçmaz rayonu, Xudat şəhəri, Köhnə Xudat kəndi ərazisində yerləşən qəbirstanlığında dəfn edilməsi, qəbirin foto şəkilləri ilə, eləcə də dəfn mərasimində iştirak etmiş qonşular, qohumların iştirakı ilə tərtib edilmiş aktla da öz təsdiqini tapır və onlar da məhkəmədə şahid qismində iştirak edərək deyilənləri bir daha təsdiq edə bilərlər. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək izahatında bildirmişdir ki, ərizəni müdafiə edir. X7 xx.xx.2008-ci ildə vəfat edib və Xaçmaz rayonu Köhnə Xudat kəndində dəfn olunub. Bu səbəbdən xahiş edir ki, ərizəsi təmin edilsin. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, Zahidi tanıyır, onun qonşusudur. 1995-ci ildən qonşudurlar. Zahidin qardaş və bacılarını da tanıyır. Cavid, Ravid adında qardaşları, Kifayət adında isə bacısı olub. Zahid hazırda ata evində qalmır. Yeni ev tikib. Zahidin iki bacısı da rəhmətə gedib. Bir bacısının adı İradə, birinin isə Leyladır. İradə xeyli vaxt olar ki, dünyasını dəyişib. Tarix dəqiq yadında deyil, təxminən 3 il olar ki, dünyasını dəyişib. İradə subay idi. Rəhmətə getməsinin səbəbi isə xəstə olmağı idi. Onunla qonşu olan evdə rəhmətə gedib. Yas mərasimi də həmin evdə keçirilib. Yas mərasimində və dəfində də iştirak etmişdir. Dəfn kənddə keçirilib. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, Zahidi tanıyır, onun qonşusudur. Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci Şöbədə yaşayırlar. Zahidin Cavid və Ravid adında iki qardaşı var. Bir bacısı isə dünyasını dəyişib. Adı dəqiq yadında deyil. 7-8 il olar ki, rəhmətə gedib. Yas öz həyətlərində olub. Dəfndə də iştirak etmişdir. Dəfn Aşağı məhəllədə keçirilib. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Arayışdan müəyyən olunur ki, Ərizəçi Xudat şəhəri, 2-ci şöbədə yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.1969-cu il tarixdə anadan olmuş, atası X10, anası X1. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.1969-cu il tarixdə anadan olmuş, atası X10, anası X1. İş materiallarında olan aktdan müəyyən olunur ki, X4 12 iyun 2008-ci ildə vəfat etmişdir. İş materiallarında olan aktdan müəyyən olunur ki, X6 xx.xx.1965-ci ildə Xudat şəhərində anadan omuşdur. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X14 Xudat ASM xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon Xudat 20-ci şöbə sakini X6 12 iyun 2008-ci ildə vəfat etmişdir. Xudat şəhər Xəstəxanasından ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. (Səbəb: müraciətin olunmamasıdır). İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X14 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon sakini olmuş xx.xx.1965-ci il təvəllüdlü X4 12 iyun 2008-ci ildə vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı məktubundan görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, X6 adlı şəxsə qəbir daşı qoyulmuşdur. İş materiallarından görünür ki, Ərizəçi- X3rdaşıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin bacısı xx.xx.1965ci il təvəllüdlü X6 12 iyun 2008-ci il tarixdə Xudat şəhərində vəfat etmiş və Xaçmaz rayonu, Xudat şəhəri, Köhnə Xudat kəndi ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir Ölüm haqqında şəhadətnamənin alınması mərhumun qardaşı olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadəsi ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19 may 1965-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş X4 12 iyun2008-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar